Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya kəşfiyyatçısını öldürən erməni həbs edildi

Tarix: 05-06-2019 20:47     Baxış: 2123 A- / A+
Rusiya kəşfiyyatçısını öldürən erməni həbs edildi

Moskva vilayətinin Krasnoqorsk şəhər məhkəməsi Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş əməkdaşı Nikita Belyankini qətlə yetirməkdə şübhəli bilinən Ermənistan vətəndaşı Nareka Stepanyan barəsində 2 aylıq həbs qərarı verib.

Manevr.az xəbər verir ki, bu haqda TASS agentliyi bildirib.

Məhkəmə iclasının gedişatında müstəntiq bildirib ki, bir neçə şahid Stepanyanın günahını təsdiq edib. O, isə öz növbəsində, ittihamları rədd edir.

Daha əvvəl Rusiyanın İstintaq Komitəsi Belyankinin qətli haqqında iş üzrə 4 nəfərin saxlanıldığını açıqlayıb.

İyunun 1-də gecə Moskva vilayətinin Krasnoqorsk rayonunda xüsusi xidmət orqanlarının Suriyada döyüşmüş keçmiş əməkdaşı 24 yaşlı Nikita Belyankin qətlə yetirilib. O, axşam evə qayıdarkən qonşuluqdakı barlardan birinin qarşısında bir qrup adamın bir nəfəri döydüyünün şahidi olub. Belyankin düşünmədən təklənmiş şəxsi müdafiə etməyə çalışıb. Kütlənin ona qarşı gəldiyini görən Nikita üstündə olan travmatik tapança ilə göyə xəbərdarlıq atəşi açıb. Lakin davada iştirak edənlərdən biri onu ürəyindən ölümcül yaralayıb. Nikita yerindəcə keçinib.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar