Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Mən bu adamla məxfi söhbət eləmişəm, götürüb yayır ki, Paşinyan torpaqları satır...”

Tarix: 05-06-2019 17:25     Baxış: 3137 A- / A+
“Mən bu adamla məxfi söhbət eləmişəm, götürüb yayır ki, Paşinyan torpaqları satır...”
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyi barədə daha bir kəskin bəyanat verib.

Manevr.az xəbər verir ki, Paşinyan onun hakimiyyətə gəlişinə qədər Dağlıq Qarabağ “hakimiyyətinin” münaqişəyə dair danışıqlar prosesinin detallarından və mahiyyətindən xəbərsiz olduğunu deyib. Paşinyanın sözlərinə görə, o Dağlıq Qarabağ rəhbərliyini ilk dəfə danışıqlara dair sənədlərlə tanış edib, əvəzində isə onlardan “torpaqları satmaq” barədə ittihamlar eşidib.

“Mən Dağlıq Qarabağın hərbi-siyasi rəhbərliyi ilə bir neçə dəfə görüşlər keçirmişəm və Qarabağ münaqişəsinin həllinə dair öz baxışlarımı çatdırmışam. Maraqlanmışam ki, onlar mənim baxışlarımla razıdırmı. Və aydın olub ki, hamı razıdır. Və bütün bunlardan sonra həmin masa arxasında oturan adamlar əlaltdan təxribatlara əl atır və deyirsə ki, bu hökumət torpaqları satır, o zaman məndə sual yaranır. Mən bu adamla məxfi söhbət eləmişəm ki, hansı addımlarla irəli gedəcəyik, sonra isə həmin adam çıxıb öz köməkçisinə deyir-get Facebook-da yaz ki, Paşinyan torpaqları satır? O nəyə görə bunu edir?”-Paşinyan Dağlıq Qarabağın qondarma “prezidenti” Bako Saakyanı və onun köməkçisi David Babayanı nəzərdə tutaraq deyib.
“Mən bu adamla məxfi söhbət eləmişəm, götürüb yayır ki, Paşinyan torpaqları satır...”

Ermənistanın baş naziri əlavə edib ki, Qarabağ danışıqlarına dair sənədləri qondarma rejimə ilk dfə o verib. Və o vaxta qədər onlar danışıqların predmeti barədə kursda olmayıblar.

“Mən beş dəfə soruşdum: siz danışıqların nə haqda aparıldığını bilirsinizmi? Məlum oldu ki, onlar kursda deyillər. Və bundan sonra onlar öz köməkçiləri vasitəsilə sosial şəbəələrdə antixalq hakimiyyəti haqda yazırlar? Nə üçün bunu edirlər?”-o sual edib.

Paşinyan bildirib ki, Ermənistanda həmin adamın (Bako Saakyanın) “xeyirxah dostu” hakimiyyətdə olanda o ümumiyyətlə danışıqlara dair informasiyaya malik deyildi. Və heç kim onu nə baş verdiyi haqda məlumatlandırmağı lazım bilmirdi.virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar