Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Hakimiyyət təhvil verilməlidir” – Üç ölkədən ultimatum

Tarix: 05-06-2019 14:22     Baxış: 3197 A- / A+
“Hakimiyyət təhvil verilməlidir” – Üç ölkədən ultimatum

ABŞ, İngiltərə və Norveç Sudanda diktator Ömər əl Bəşiri devirərək hakimiyyəti ələ alan Hərbi Şuraya qarşı çıxıb.

Manevr.az xəbər verir ki, üç ölkənin birlikdə yaydığı açıqlamada Hərbi Şurasının mülki insanları hədəfə alan təlimat verməklə Sudanda sülh və keçid mərhələsini təhlükəyə atdığı bəyan edilib.

Açıqlamada iyunun 3-dən bu yana yaşanan və çoxlu sayda mülki insanın ölməsi və yaralanmasına səbəb olan güc tətbiqi sərt şəkildə qınanılır, Hərbi Şuranın belə bir təlimat verməsi ilə ölkədə keçid mərhələsinin təhlükəyə atıldığı vurğulanır.

Mülki insanların liderliyində bir iqtidara hakimiyyətin təhvil verilməsi çağırışı edilən açıqlamada Norveç, İngiltərə və ABŞ-ın Afrika Birliyinin açıqlamalarına dəstək verdiyi xüsusilə qeyd edilir.

Açıqlamada Hərbi Şuranın 9 ay müddətində seçkilərə getmə haqqında qərarının narahatedici olduğu bəyan edilir.

Bəyanatda Sudan xalqının mülki hakimiyyətə gedən yolda sülh və siyasi mərhələyə layiq olduğu, bu mərhələnin ədalətli və bərabər seçim ortamına zəmin hazırlayacağı bildirilir.

Xatırladaq ki, son bir neçə gündə Sudanda müxalifət küçələrə axışaraq hakimiyyətin mülki insanlara verilməsini tələb edib. Ölkədə hakimiyyətə əl qoyan hərbçilər isə xalqa atəş açıb, nəticədə 60-dan çox insan həyatını itirib.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar