Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən böyük təyyarəsi ilə Bakıya gəldilər

Tarix: 29-05-2019 10:36     Baxış: 3164 A- / A+
Dünyanın ən böyük təyyarəsi ilə Bakıya gəldilər


UEFA nümayəndələrini Avropa Liqasının final oyunu üçün Bakıya dünyada ən böyük sərnişin təyyarəsi gətirib.

Manevr.az AZAL-ın rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, nümayəndə heyəti paytaxtımıza “Airbus A380” layneri ilə gəlib.

Airbus A380 – 4 turboreaktiv mühərrikli sərnişin təyyarəsidir. Hündürlüyü 24,08, uzunluğu 72,75, qanadları arasındakı məsafə 79,75 metrdir.

Üçklasslı salonda 525 sərnişin, birklasslı konfiqurasiyada 853 sərnişin tutur. 15.400 km məsafəyə fasiləsiz uçmaq imkanındadır.

Təyyarənin özü 280 ton, maksimal uçuş yükü 560 tondur. Hazırda A380 dünyanın ən böyük sərnişin təyyarəsi sayılır.

Airbus A380 ən qənaətcil laynerdir – 100 km üçün bir sərnişinə 3 litr yanacaq sərf edir.

Təyyarənin hazırlanmasına 10 il vaxt sərf olunub. Proqram ümumilikdə 12 milyard avroya başa gəlib.

A380 ilk dəfə 2005-ci ildə ictimaiyyətə Tuluzada təqdim edilib, ilk transatlantik uçuşunu 2005-ci ilin martında həyata keçirib (Con Kennedi aeroportuna). İlk kommersiya reysinə isə 2007-ci ildə başlayıb (Sinqapurdan Sidneyə uçub).

A380-nin ən “bahalı sərnişini” Culian Heyvarddır. O, A380-in göyərtəsinə ilk ayaq basan şəxs kimi tarixə düşmək üçün iki biletə 100380 dollar ödəyib.

Qeyd edək ki, bu hava gəmisini qəbul etmək imkanına malik olan aeroportlar elə də çox deyil.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar