Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xamneyi ABŞ-la müharibə anonsu verdi: "Uzaqmənzilli raketlərimizi..."

Tarix: 15-05-2019 22:06     Baxış: 3194 A- / A+
Xamneyi ABŞ-la müharibə anonsu verdi: "Uzaqmənzilli raketlərimizi..."


"Deyirlər ki, müdafiə silahlarımızla bağlı müzakirə aparaq və uzaqmənzilli raketlərimizin mənzillərini qısaldaq. Deyirlər ki, əgər biz sizə vursaq, siz bazalarımızı vuracaq gücə sahib olmayın və cavab verəcək səviyyəyə gəlməyin. Əlavə olaraq, bölgədəki strateji dərinliyinizlə bağlı danışaq və siz bundan imtina edin”.

Bunu İranın dini lideri Əli Xamneyi deyib.

Dini lider İran prezidenti Həsən Ruhani, Milli Məclisin spikeri Əli Laricani, baş prokuror İbrahim Rəisi başda olmaqla ölkənin öndə gedən siyasətçi və hərbi nümayəndələri iftar yeməyinə qatılıb.

Xamneyi çıxışında bildirib ki, hazırkı mövqeyindən imtina etmədiyi müddətdə ABŞ İranla müzakirə masasına otura bilməyəcək və İranın qəti qərarı dirəniş olacaq:

"İran da, ABŞ da müharibə istəmir, bu mübarizə sadəcə iradələrin toqquşmasıdır. Bizim iradəmiz daha güclüdür. Bu mübarizədə ABŞ geri addım atmaq məcburiyyətində qalacaq. Hərbi mübarizə yoxdur, çünki müharibə olmayacaq. ABŞ hazırkı mövqeyini davam etdirdikcə müzakirə zəhərdir. Bugünkü ABŞ hökuməti ilə aparılacaq müzakirə ikiqat zəhərdir. ABŞ-ın hədəfə qoyduğu şey bizim gücümüzdür. Mənfəətçi insanlarla aparılacaq müzakirə təməldən yanlışdır” – Xamneyi qeyd edib.

Dini lider vurğulayıb ki, ABŞ öz daxilində sosial və iqtisadi böhranlarla boğuşur: "Hökumətin vahid mövqeyi yoxdur. Hərə çıxıb gündə bir şey deyir. Düşməni o qədər də böyütməyin. Düşmən gücsüzdür, çarəsizdir deyilməz, amma onların da problemləri var. O qədər də güclü deyillər. ABŞ-ın da, Avropa İttifaqının da Asiya ölkələrinə qarşı qoyduğu siyasət özlərinə zərər vuracaq. Mütəxəssislər bildirir ki, bu təzyiq regionda iqtisadi sıçrayışa səbəb olacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar