Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın müdafiə naziri: “İndi danışıqlar gedir ki, kimi kimlə dəyişdirək...”

Tarix: 09-05-2019 21:47     Baxış: 3206 A- / A+
Ermənistanın müdafiə naziri: “İndi danışıqlar gedir ki, kimi kimlə dəyişdirək...”

Azərbaycanla əsirlərin dəyişdirilməsinə dair danışıqlar davam edir.

Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Yerevanda jurnalistlərə bildirib.

Jurnalistlər David Tonoyandan Rusiya xarici işlər naziri Sergey Lavrovun münaqişə tərəflərini əsir və girovları “hamının hamıya” prinsipi ilə dəyişdirməyə çağıran bəyanatı haqda soruşublar. Tonoyan Azərbaycanla danışıqların getdiyini deyərək bu məsələ ilə bağlı konkretləşdirmə işlərinin getdiyini deyib.

“Hələlik konkret vəzifə yoxdur, amma danışıqlar gedir. Bildiyiniz kimi mən müvafiq komissiyanın sədriyəm. Hazırda danışıqlar gedir ki, biz kimi kimlə dəyişdirmək məsələsini anlayaq”-Tonoyan bildirib.
Ermənistanın müdafiə naziri: “İndi danışıqlar gedir ki, kimi kimlə dəyişdirək...”

Jurnalistlər nazirdən soruşublar: hamını hamıya dəyişdirmək olarmı? Tonoyan isə deyib: “Hazırda mən bu haqda danışa bilmərəm”.

Xatırladaq ki, erməni tərəfi Dağlıq Qarabağda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovu əsir və girovların dəyişdirilməsinə dair danışıqlardan kənarda saxlamağa çalışır. Dağlıq Qarabağın separatçı rəhbərliyi bildirir ki, onların azad edilməsindən söhbət gedə bilməz. Azərbaycan tərəfi isə neçə vaxtdır əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar