Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Amerikalı biomühəndislərdən inqilabi kəşf - Video

Tarix: 07-05-2019 07:43     Baxış: 3207 A- / A+
Amerikalı biomühəndislərdən inqilabi kəşf - Video
ABŞ-ın Rays Universitetinin biomühəndisləri toxumaların bioçapında inqilabi irəliləyişə nail olublar. Belə ki, alimlər təbii qan damarlarını, limfa və digər həyati əhəmiyyətli mayeləri imitasiya edən dolaşıq damar şəbəkələri yaradıblar.

Manevr.az "ICTnews"a istinadən xəbər verir ki, tədqiqat zamanı biomühəndislər tənəffüs yolları qan damarlarına oksigen çatdıran ağciyəri imitasiya edən hava kisəsinin hidrogel modelini hazırlayıblar. Bundan başqa, tədqiqatçılar qaraciyər toxumasının istifadə edildiyi bioçap konstruksiyalarının implantasiya olunduğu siçanlar üzərində eksperiment aparıblar. Tədqiqatçılar qeyd edib ki, işlək toxuma əvəzedicilərinin yaradılmasında ən böyük maneələrdən biri mürəkkəb orqanizm daxilində qida maddələrinin ötürülməsi üçün xidmət edən damar şəbəkəsini çap etməyin qeyri-mümkünlüyü olub.

Universitet əməkdaşlarının sözlərinə görə, onlar tərəfindən hazırlanan orqanların tərkibində müstəqil damar şəbəkələri – ağciyərdə və öd yollarında qan damarları və qaraciyərdə qan damarları var. Bu şəbəkələr həm fiziki, həm də biokimyəvi baxımdan dolaşıqdır, onların arxitekturası isə toxuma funksiyası ilə bağlıdır.

Biomühəndislər qrupunun məqsədi xəstənin hüceyrələrindən istifadə etməklə sağlam və funksional orqanlar üçün bioçap imkanının yaradılmasıdır. Nəticədə onların köçürülməsi zamanı insanda qopma halları olmayacaq. Həmçinin bu, donorlara ehtiyacı aradan qaldıracaq.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar