Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

​On minlərlə erməninin Türkiyədən deportasiyası gözlənilir

Tarix: 06-05-2019 05:25     Baxış: 3170 A- / A+
​On minlərlə erməninin Türkiyədən deportasiyası gözlənilir

Ermənistan hakimiyyəti Türkiyədən on minlərlə qeyri-leqal erməni miqrantın mümkün deportasiyasına hazır olmalıdır. Çünki Ərdoğanın siyasəti dəyişib.

Bunu erməni ekspert-türkoloq Ruben Melkonyan deyib. Onun sözlərinə görə, qeyri-leqal erməni miqrantların Türkiyədən deportasiyasına dair vaxtaşırı olaraq səslənən xəbərdarlıqlar praktikada reallaşa bilər. Səbəb odur ki, Türkiyədə oyun qaydaları dəyişib, millətçilik yüksəlib və hakimiyyətin siyasəti “daha az proqnozlaşdırıla bilən” olub.

Melkonyana görə Ermənistan sakinlərinin Türkiyədən mümkün deportasiyasının səbəbləri kimi bu ölkənin daxilindəki iqtisadi problemlər, Azərbaycan qarşısında öhdəliklər və Yerevana münasibətin sərtləşməsi və s. hesab oluna bilər.

“Həm də belə şaiyələr gəzir ki, mümkün deportasiyanın səbəblərindən biri bizim Suriyaya sülhməramlı missiya göndərməyimizlə əlaqəlidir. Lakin mən hesab etmirəm ki, bu əsas səbəbdir”-Melkonyan bildirib.

Onun sözlərinə görə, deportasiya reallaşsa Ermənistanda problemlər meydana çıxacaq. Amma hakimiyyət bu ssenariyə çoxdan hazırlaşmalıydı.

Müxtəlif məlumatlara görə Türkiyədə on minlərlə qeyri-leqal erməni miqrant var. virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar