Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyada tək onun başına gəldi - Səhvən qayınatası ilə evləndi/Şəkil

Tarix: 01-05-2019 17:23     Baxış: 4343 A- / A+
Dünyada tək onun başına gəldi - Səhvən qayınatası ilə evləndi/Şəkil

Türkiyədə nikah bağlayan cütlüyün başına görünməmiş hadisə gəlib.

Manevr.az
avropa.info-ya istinadən xəbər verir ki, Türkiyənin Dənizli vilayətində Zəkəriyyə Karataş nişanlısı ilə Soma Bələdiyyəsi Nikah İdarəsinə gediblər. Ailə sadə şəkildə keçirilən mərasimlə evləniblər. Nikah bağlandıqdan sonra evlərinə gedən cütlük nikah kağızına baxınca şok keçiriblər.

Kürəkən Zəkəriyyə Karataş nikah kağızında arvadının adının yazıldığı yerdə qayınatası Müzəffər Yılmazın adının yazıldığını görüncə gözlərinə inana bilməyib. Sənəddəki səhvi başa düşməyən cütlük vəziyyəti ailə üzvlərinə danışıblar. Cütlük səhvin düzəldilməsi üçün nikah idarəsinə gediblər.
Dünyada tək onun başına gəldi - Səhvən qayınatası ilə evləndi/Şəkil

Hadisəni gülərək danışan Karataş bir an əvvəl səhvin düzəldilməsi lazımi müraciəti etdiyini bildirib. Başlarına gələn hadisəni nə eşitdiyini, nə gördüyün deyən Karataş bu sözləri deyib:

“Nikah bağlamaq üçün Soma Bələdiyyəsinə getdik. Bütün proseduralardan keçmişdik. 15 dəqiqə sonra nikah bağlamaq prosesi başladı və başa çatdı. Biz təbii ki, sevincdən foto və video işləri ilə məşğul idik, şirniyyatımızı yedik. Evə gəldik. Uzaqdan gələn qonaqlar vardı, onları qarşıladıq. Evə gələnədək nikah kağızını yoxlamamışdıq. Evə gəldikdə yoxladıq. Arvadımın heç bir yerdə adı hallanmırdı. Sadəcə fotosu vardı. Müzəffər Yılmaz yazılmışdı. Müzəffər Yılmaz da arvadımın atasıdır. İlk anda heç vaxt nikah kağızı görmədiyimiz üçün şok keçirdik.

Yenidən yoxladıq. Orada arvadımın adının yazılması lazım idi. Nikah saat 16:00-da bağlandığı üçün artıq gec idi. Bələdiyyə bağlanacaqdı. Biz həyəcan içində özümüzü çatdırdıq. Nikah məmurunu son anda pilləkəndə saxladıq. Başımıza gələn hadisəni özünə izah etdik.

Təəccübləndi, belə bir şeyin olmamalı olduğunu dedi. Qeydiyyatı onun apardığını, lakin kağızın başqa işçinin yazdığını bildirdi. Daha sonra evə gəldikdə bir-birimizlə zarafatlaşmağa başladıq. Aravadım “Atamı sənmi aldın? Nikah bağladıq” dedi. Bizim üçün gözəl an oldu”.
Dünyada tək onun başına gəldi - Səhvən qayınatası ilə evləndi/Şəkil

“Rəsmi olaraq qayınatanınızla evlisiz?” sualına “bəli” cavabı verən Karataş bu sözləri deyib:

“Hal-hazırda rəsmi şəkildə qayınatamla evli olduğumuz əks olunub. Səbəbi də nikah kağızında belə görünməsidir. İndi də rəsmi şəkildə elədir. Təbii ki, düzəldiləcək. Bir-iki gün içində bunların da düzələcəyini düşünürəm. İnşallah rəsmi qeydiyyatda da elə əks olacaq.

Belə olmasa vəziyyət boşanmağa doğru gedir. Məlumatlı olmadığımız üçün araşdıracağıq. Qeydiyyatda problem yoxdursa, vəziyyət bir gün içində düzələcək. İlk görəndə qayınatam da təəccübləndi, təlaşlandı. Bəlkə də dünyada qayınatası ilə nikahlanan ilk insanam. Gedərkən ilk qayınatama zəng etdik. Sənəddə yazılanlar hələ rəsmi qeydiyyata salınmayıb, vəziyyət düzələcək dedik. Qayınatam rahatlaşdı. Sevindik, amma qorxduq da”.

Edilən səhvin düzəldilməsi üçün təkrar müraciət edən cütlüyün bu tələbini yerinə yetirən nikah idarəsi isə lazımi düzəlişləri etmək üçün fəaliyyətə başlayıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar