Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Belçika parlamentində erməni təxribatı: rədd edildi

Tarix: 25-04-2019 20:53     Baxış: 2171 A- / A+
Belçika parlamentində erməni təxribatı: rədd edildi


Bu gün Belçika Federal Parlamenti tərəfindən Ruanda, Kamboca və keçmiş Yuqoslaviyada törədilmiş soyqırımların təkzib edilməsi üçün cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul edib.

Belçika erməni icmasının və onun təsiri altında olan parlamentarların güclü təzyiqlərinə baxmayaraq, qondarma “erməni soyqırımının” yeni qanunla əhatə edilmiş soyqırımlar siyahısına daxil edilməsi səyləri uğursuzluğa düçar olub. Belə ki, fransızdilli DéFİ (Demokrat, Federalist və Müstəqillər) və CDH (Xristian-Demokrat Mərkəzi) partiyaları tərəfindən bu xüsusda təqdim edilmiş düzəliş təklifi 2019-cu il aprelin 24-də - qondarma soyqırımın ildönümü kimi qeyd olunan tarixdə Belçika Federal Parlamentinin Ədliyyə Komissiyasında müzakirələr nəticəsində rədd edilib.

Məsələyə münasibət bildirən Belçika ədliyyə naziri Kun Qens ölkə qanunvericiliyini Avropa İttifaqı və Avropa Şurasının hüquqi təlimatlarına uyğunlaşdırmaq məqsədilə, yeni qanun layihəsinə yalnız beynəlxalq yurisdiksiya çərçivəsində barəsində yekun qərar qəbul edilmiş soyqırımların daxil edildiyini, erməni soyqırımı ilə bağlı isə belə bir qərarın olmadığını vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar