Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

S-400-lər burada yerləşdiriləcək - Türkiyə düşmənə NƏFƏS ALDIRMAYACAQ

Tarix: 23-04-2019 14:57     Baxış: 5189 A- / A+
S-400-lər burada yerləşdiriləcək - Türkiyə düşmənə NƏFƏS ALDIRMAYACAQ


Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin yerləşdiriləcəyi bölgələr məlum olub.


Türkiyənin Milli müdafiə naziri Hulusi Akar batareyalardan ikisinin Ankara və İstanbulda yerləşdiriləcəyini deyib. Digər iki batareyanın isə ölkənin Egey dənizi bölgəsində və cənub sərhədində yerləşdiriləcəyi bildirilir.

Təhlükəsizlik mütəxəssislərinin fikrincə, S-400-lərin Egey bölgəsinə yerləşdirilməsi Türkiyənin bu bölgədəki strateji üstünlüyünü artıracaq. Ekspertlər cənub sərhədində Qaziantep və ya Hataya yerləşdirilməsi ehtimal olunan sistemlərin Suriyadan gələ biləcək raket təhdidlərinə qarşı tədbir görəcəyini deyir.

Xüsusiyyətləri


Rusiya ilə razılaşma çərçivəsində Türkiyəyə 4 bölmədən ibarət 2 ədəd S-400 veriləcək. Hər bir sistemdə 72 ədəd olmaqla, ümumilikdə 144 raket yer alacaq. Əlavə olaraq, 48 ehtiyat raket də veriləcək. Beləliklə, toplamda 192 raket göndəriləcək.

Rusiyanın hərbi standartlarına görə, bir havadan müdafiə bölüyü 9 daşıyıcıdan ibarətdir. 4 bölükdəki batareya sayının 36 olacağı bildirilir. S-400-lərin 1 batareyası daşıyıcı, radar və idarəetmə mərkəzi olmaqla, 3 mobil vasitədən ibarətdir.

Raket mənzili təxminən, 400 km olan S-400 havadan müdafiə sistemi 185 km yüksəklikdə uçan hədəfləri məhv edə bilir. Sistem 600 km uzaqda olan hədəfləri təyin edir və 10 saniyədən az müddətdə reaksiya verir.

Havadan müdafiə sistemlərinin ilk bölümünün bu ilin iyul ayında Türkiyəyə təhvil verilməsi gözlənilir./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar