Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İsveçrədə saxta evlilik neçəyədir?

Tarix: 21-04-2019 18:40     Baxış: 3231 A- / A+
İsveçrədə saxta evlilik neçəyədir?

"Aargauer Zeitung” qəzeti yazır ki, 13 il İsveçrədə yaşamış alban ölkədən qovulur. Səbəbinə diqqət edək. 2017-ci ildə Kosovo əsilli alban yerli orqanlara müraciət edib. Deyib ki, o, Kosovoda yaşayan bir xanımla evlənib. Ailənin birləşməsinə kömək edin.
Sürixdə yaşayan musavat.com müxbiri yazır ki, belə müraciətlər İsveçrədə gündəlik həyatın bir parçasıdır. Adətən bu kimi müraciətlərə müsbət cavab verilir. Ailənin kənarda olan üzvü İsveçrəyə dəvət olunur. Bir çox hallarda yolpulu da bələdiyyənin hesabına ödənilir.

Ancaq bu dəfə... Müvafiq orqanlar işi araşdırıb. Məlum olub ki, Kosovoda yaşayan xanımın 4 uşağı var. Onların hamısı İsveçrədə yaşayan albanın öz uşaqlarıdır. Alban isə uzun müddət İsveçrədə yerli xanımla evli olub. Və sözügedən 4 uşaqdan (2000, 2003, 2005,2014) 3-ü həmin evlilik müddətində doğulub.

Alban 2003-cü ildə isveçrəli xanımla evlənib. 2014-cü ildə-təxminən 11 il sonra isə ayrılıb. Evlilik müddətində onların uşağı olmayıb.

Araşdırma aparan rəsmi şəxslər Kosovodakı xanımla görüşüb. Məsələ ilə bağlı ondan izahat alıblar. Xanım deyib ki, bəli, biz şəriət qanunu ilə evli olmuşuq, ancaq aramızda rəsmi nikah olmayıb.

İsveçrə qanunlarına görə, bir nəfər eyni vaxtda iki nəfərlə evli ola bilməz. Buna baxmayaraq, bir müddət öncəyə qədər albanı qanunla İsveçrədən qovmaq mümkünsüz görünürdü. Ancaq 2019-cü ilin yanvarından qüvvəyə minmiş qanuna əsasən İsveçrədə qalmaq üçün edilmiş “saxta evliliyə görə” cəza sərtləşdirilib. Daha adamın neçə il İsveçrədə yaşamasının elə bir önəmi yoxdur.

Saxta evlilik faktı ortaya çıxan kimi əcnəbi ölkədən qovulacaq. Halbuki əvvəl 4-5 il Isveçrədə yaşayan yabançını ölkədən deportasiya etmək mümkün deyildi. Saxta evliliyin kütləvi xarakter alması müvafiq orqanları adekvat addımlar atmağa təhrik edir...

İsveçrənin “Aargauer Zeitung” qəzeti yazır ki, sözügedən alban isveçrəli ilə evli olduqdan sonra burada yaşamaq və işləmək hüququ əldə edib. Bu isə yüksək yaşam şərtləri deməkdir. Evliliyi olmayan əcnəbilərin isə belə bir hüququ yoxdur. Onların işləməsi qanunla yasaqdır. Nəticədə onlar maddi baxımdan qazanc əldə edə bilmirlər. Dövlətin verdiyi gündəlik 8-10 dollarlıq yardımla keçinmək isə çox çətindir. Ona görə də saxta evlilik yabançılar üçün cəlbedici görünür.

Bunlar İsveçrə qəzetinin yazdıqlarıdır. 15 il bu ölkədə yaşayan birisi kimi mənim də müəyyən müşahidələrim var.

Bildiyim qədər, İsveçrədə saxta evlilik etməyin variantları çoxdur. Yuxarıda bəhs etdiyimiz həmin variantlardan biridir. Yəni, yerli vətəndaşla evlilik edirsən. İsveçrəlilər əcnəbilərlə ailə qurmağa xüsusi maraq göstərir. Rəsmi statistikaya görə, isveçrəli kişilər əsasən alman xanımlarla, isveçrəli xanımlar isə italiyalı kişilərlə evliliyə üstünlük verir. Ancaq mühacirləri seçənlər də az deyil.

Belələri səmimi olaraq və sevərək ailə qururlar. Ancaq bu səmimiyyətdən və sevgidən sui-istifadə halları da olur.

Saxta evliliyi bir qayda olaraq yabançılar (yalnız müvafiq statusu olanlar) həyata keçirir və bu, ciddi bir biznesdir. Hazırda saxta evliliyin qiyməti 70 min dollar civarındadır. Deyim ki, həm qadınlar, həm də kişilər bu cür evliliyə maraq göstərir. 70 min dollar ilk baxışda çox görünə bilər. Ancaq İsveçrədə işləmək hüququ olan şəxs babat iş tapsa bu məbləği 1-2 ilə qazana bilər.

Deyim ki, İsveçrədə yaşayan soydaşlarımız arasında da pul müqabilində saxta evlilik yapanlar az deyil. Onlar bu işə qazanc mənbəyi kimi baxırlar. Belə evliliklər adətən 5 il davam edir. Sonra boşanırlar. Artıq saxta evlilik üçün 70 min dollar ödəmiş şəxsin özü eyni əməliyyatı keçirə bilər. Çünki artıq onun İsveçrədə yaşamasına və işləməsinə qanun baxımından heç bir maneə yoxdur.

Hətta elə saxta evlilik yapanlar var ki, mövcud evliliyin vaxtı başa çatmamış eyni istəkdə olan başqa birisindən bəri başdan 5-10 min beh alır və deyir ki, 5-6 aydan sonra sənə ərə gedərəm və ya səninlə evlənərəm...

Ancaq saxta evliliyin təhlükəli tərəfləri də var. Müvafiq orqanlar evlilikdə şübhəli məqam sezdikdə yoxlamalar, güdmələr başlayır. Məsələn, səhər saat 5-6-da gəlib qapını döyə bilərlər. Evə daxil olub evlilərin bir yerdə yatıb-yatmadığını yoxlamaq da onlar üçün çətin deyil.

Bir də görürsən ki, saxta evlilikdə olanlar arasında bu və ya digər məsələyə görə dava-dalaş düşür. Qarşılıqlı ittihamlar başlayır və cinayətin üstü açılır. İnsanlar özləri özlərini ifşa edirlər. Belə şeylər İsveçrədə az olmayıb...

Saxta evlilik zamanı cütlük arasındakı yaş fərqi də diqqət çəkir. Bir də görürsən ki, 60-70 yaşlı bir isveçrəli xanım və ya kişi 20-25 yaşlı mühacirlə evlənir. Təbii ki, isveçrəlilər həyatın dadını çıxarmaq üçün belə edirlər. Gənc mühacirlər isə İsveçrədə qalmaq və arxada qoyub gəldikləri cəhənnəm həyatına bir daha dönməmək üçün belə evliliyə razı olurlar. Burada gənclər var ki, yaşlı isveçrəli tapmaq üçün min oyundan çıxır...

Deyim ki, saxta evlilik təkcə İsveçrənin problemi deyil. Sirr deyil ki, kasıb və qeyri-stabil ölkələrdə yaşayan imkansız insanlar Qərb ölkələrinə can atır. Niyəsi məlumdur. İnsanlar təhlükəsiz və normal şəraitdə yaşamaq istəyir. O da bəllidir ki, Qərb ölkələri əcnəbi axınından o qədər də məmnun deyil və qapının ağzında basabas yaratmış kütləni içəri buraxmaq istəmir. Ona görə də saxta evlilik kimi fırıldaqlarla içəri pəncərədən daxil olmağa çalışanlar da ortaya çıxır...

ABŞ-da 50 milyon nəfərdən çox ispandilli şəxs yaşayır. Onların 10 milyondan çoxunun heç bir qeydiyyatı yoxdur və Latın Amerikasından Şimali Amerikaya axın davam edir. Donald Tramp bu prosesi dayandırmaq üçün Meksika ilə ABŞ arasında daşdan hasar çəkməyə çalışır.

Avropa ölkələrinin rəhbərləri isə hasar çəkmək haqqında düşünmürlər də. Çünki bu, heç nəzəri baxımdan da mümkün deyil. Ancaq qoca Avropa əcnəbilərdən doyub və mühacir axınını qarşısını almaq üçün mümkün olan hər şeyi edir...


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar