Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın Fransadakı milyonçu konsulu işdən çıxarılıb

Tarix: 16-04-2019 14:18     Baxış: 5226 A- / A+
Ermənistanın Fransadakı milyonçu konsulu işdən çıxarılıb


Ermənistanın Fransanın Lion şəhərindəki konsulu, erməni əsilli rusiyalı milyonçu Nikolay Sarkisov işdən çıxarılıb.

Manevr.az report-a istinadən xəbər verir ki, bunu "Past” qəzeti yazıb.

O, Ermənistanın indiki hakimiyyətinin tələblərinə cavab vermədiyi üçün tutduğu vəzifədən azad olunub.

N.Sarkisov bu vəzifəyə 2103-cü ilin iyulunda Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyan tərəfindən təyin edilmişdi.

N.Sarkisov 1968-ci il iyunun 28-də Moskvada anadan olub. Onun valideynləri keçmiş SSRİ Xaric Ticarət Nazirliyində işləyib. O, 1986-1988-ci illərədə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarında hərbi xidmətdə olub.

Sergey və Nikolay Sarkisov qardaşları böyük sahibkardır. Onların biznesini rəsmi olaraq böyük qardaş Sergey idarə edir. Sarkisov qardaşları davamlı olaraq Rusiyanın ən varlı ailələrinin siyahısına daxil edilirlər. 2018-ci ilin sentyabrında onlar "Forbes” jurnalının tərtib etdiyi siyahıda Rusiyanın 10 ən varlı ailəsi sırasında olublar. Sarkisovların daşınmaz əmlakının böyük hissəsi xaricdədir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar