Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Elm dünyası ŞOKda - Yeni insan növü kəşf edildi - ŞƏKİLLƏR

Tarix: 15-04-2019 09:19     Baxış: 4530 A- / A+
Elm dünyası ŞOKda - Yeni insan növü kəşf edildi - ŞƏKİLLƏR


Filippinin ən böyük adası sayılan Luzonda nəsli kəsilmiş yeni insan növü kəşf edilib.

Manevr.az ölkə.az-a istinadən bildirir ki, Homo sapienslə eyni dövrdə yaşadığı ehtimal edilən yeni növə Homo luzonensis adı verilib.

Adadakı bir mağarada tapılan 13 sümük və diş qalıqları Homo luzonensis adı verilən yeni növün ilk insanlarla, daha yaxın dövrdə yaşamış insanlarınkına bənzər fiziki xüsusiyyətlərə sahib olduğuna işarə edir. "Nature" elmi jurnalında dərc edilən məqaləyə əsasən, Kallao mağarasında tapılan sümüklər və dişlər 50-67 min il əvvəl yaşamış üç böyük insana və bir uşağa aiddir.

Alimlərin fikrinə görə, yeni kəşf ilk insanların Afrikadan Cənubi-Şərqi Asiyaya uzanan səfərlərini sübut edir. Araşdırmalara görə, dişlər və skelet qalıqları bölgədəki evolusiya prosesinin düşünüldüyündən daha mürəkkəb olduğunu, ilk insanların gəldiyi dövrdə regionda artıq 3-4 növün olduğunu sübut edir.
Bu növlərdən biri "Hobbit" adlandırılan və 50 min il əvvələ qədər İndoneziyanın Flores adasında yaşayan Homo floresiensisdir. Tapılan sümüklər arasında dişlərlə yanaşı əl və ayaq sümükləri, qırıq bir omba sümüyü də var. Mütəxəssislərə görə, "Homo luzonensis" yaxın dövrdə yaşamış insanlarla eyni fiziki xüsusiyyətlərə malik olub. Amma bu bu növ Afrikada 2-4 milyon il əvvəl yaşamış və iki ayağı üzərində hərəkət edən meymunabənzər Australopithecus və Homo növünün ilk üzvlərinə bənzər xüsusiyyətləri də daşıyıb. Homo luzonensislərin əl və ayaq barmaqlarının əzələli olması bu növ üçün harasa dırmaşmağın xüsusi bir əhəmiyyət kəsb etdiyindən xəbər verir.
Alimlərin fikrinə görə, Australopitehcus bənzəri bir növün Cənubi-Şərqi Asiyaya çatması insan ailəsi ağacında Afrikanı ilk kimin tərk etdiyinə dair tezisləri dəyişdirəcək. Əvvəllər Homo erectusun Afrikadan ayrılan ilk növ olduğu düşünülürdü.

Bundan başqa Luzon adasına sadəcə dəniz yolu ilə getmək mümkün olduğu və ilk insanların buraya necə gəldiyi də hələ suallar arasındadır. Alimlərin araşdırmaları davam edir.

Elm dünyası ŞOKda - Yeni insan növü kəşf edildi - ŞƏKİLLƏR
Elm dünyası ŞOKda - Yeni insan növü kəşf edildi - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar