Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

KRİMİNAL ALƏMDƏ VƏZİYYƏT GƏRGİNLƏŞİR - "Taro" “Lotu Quli” ilə “Ded Həsən”in nəvəsinə qarşı birləşəcək

Tarix: 13-04-2019 05:26     Baxış: 2254 A- / A+
KRİMİNAL ALƏMDƏ VƏZİYYƏT GƏRGİNLƏŞİR
Gürcüstanın ən nüfuzlu "qanuni oğru"su "Taro" ləqəbli Tariel Muluhov (Oniani) bir neçə gün öncə Rusiyada 10 illik həbsxana həyatından azad olunduğu gün yenidən 40 gün müddətinə həbs edilib.

"Taro" mayın 19-u həbsdən çıxdıqdan sonra İspaniyaya deportasiya oluna bilər. Lakin onun tərəfdaşlarının əksəriyyətinin yaşadığı Türkiyəyə gedəcəyi də deyilir.

Onianinin çox sayda düşmənlərindən intiqam almağa hazırlaşdığı bildirilir. Bu siyahıda isə 15 ildən çoxdur düşmənçiliyi olduğu, həyatda olmayan kriminal avtoritetlər - "Yaponçik" (Vyaçeslav İvankov) və "Ded Həsən" (Aslan Usoyan) var. Sözügedən avtoritetlərin klanından olan "vor zakonlar" başçılarının ölümündə "Taro"nun əlinin olduğunu düşünürlər.

Belə ki, "Ded Həsən"in yolu ilə gedən nəvəsi Qiya Sverdlovski Onianini babasının qətlində ən kəskin ittiham edənlərdən biridir. Bu isə Muluhovun birinci nömrəli düşməninin məhz o, olduğunu göstərir.

"Aif Ural" portalı vəziyyətlə tanış olan mənbəyə istinadən bildirir ki, "Taro" Türkiyəyə köçsə, orada onu külli miqdarda maliyyə resursu ilə təmin etmək gücündə olan həmkarı, dollar milyarderi "Lotu Quli" (Nadir Səlifov) ilə müttəfiqliyə başlayacaq.

"Belə bir koalisiya yaranarsa, Rusiya cinayət dünyasına böyük təsirlərin olacağı qaçınılmazdır", - deyə mənbə qeyd edib. qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar