Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Kosmosa ilk uçan insan Qaqarin deyil, o olacaqdı, əgər… - SSRİ-də məxfiləşdirilən 5 FACİƏ

Tarix: 12-04-2019 07:19     Baxış: 3434 A- / A+
Kosmosa ilk uçan insan Qaqarin deyil, o olacaqdı, əgər… - SSRİ-də məxfiləşdirilən 5 FACİƏ

SSRİ dövründə yaddaqalan tarixlər və ya ildönümlərində sənaye və elmdə əldə olunan nailiyyətlər, həmçinin yeni fəth edilmiş zirvələr nümayiş etdirilirdi. Amma bəzən bunlar faciəyə gətirib çıxarırdı.
Manevr.az məhz belə günlərdə qeydə alınan, amma xalqdan gizlədilən faciələrdən bir neçəsini təqdim edir.

1. Raket strateji təyinatlı qüvvələrinin Baş komandanının həlak olması

24 oktyabr 1960-cı il, Oktyabr inqilabının ildönümünə “R-16” ballistik raketin sınağının keçirilməsi haqqında qərar qəbul edilmişdi. Amma yeni ballistik raket hələ tamamlanmamışdı. Belə tələsiklik və təhlükəsizlik texnikasının kobud pozuntuları raket yanacağının alışmasına və raketin partlayışına gətirib çıxardı. Nəticədə yüzdən çox insan, həmçinin Raket strateji təyinatlı qüvvələrinin Baş komandanı Mitrofan Nedelin bu dəhşətli alovda həlak oldu. Qəzanı məxfiləşdirdilər.

2. Valentina Bondarenkonun həlak olması

İnsanın kosmosa birinci uçuşuna hazırlanmış kosmonavtların birinci dəstəsində Yuri Qaqarinlə birlikdə, Komarov, Leonov, Popoviç, Titov və Valentina Bondarenko var idi. Sonuncu Yer kürəsinin orbitinə uçacaq birinci insan olmaq üçün real şanslara malik idi, əgər 23 mart 1961-ci il məşq və tibbi testlərin keçirilməsi zamanı baş verən alışmada həlak olmasaydı. Bu hadisəni yalnız məxfiləşdirmədilər, həm də kosmonavtların birinci dəstəsinin bütün qrup şəkillərindən Bondarenkonu sildilər.

3. Novosibirskdə kamikadze

26 sentyabr 1976-cı ildə mülki aviasiyanın pilotu Vladimir Serkov həyatla vidalaşmaq, eyni zamanda yaxın vaxtlarda ondan ayrılan arvadından qisas almaq qərarına gəldi. O, aerodromdan təyyarəni oğurlayaraq öz arvadının anasının mənzilini vurmaq istəyirdi. Amma “An-2” təyyarəsiylə binanın blokundakı pilləkənləri vurdu. Baş verən yanğın nəticəsində başqa qadın və üç balaca oğlan həlak oldu. Bu hadisə məxfiləşdirilməmişdi, amma onun haqqında xəbərlər verilmədi.

4. Metroda qəza

17 fevral 1982-ci il Moskvada metronun eskalatorunda rezin tutacaqlarından biri qırıldı. Nəticədə eskalatorun pillələri aşağı istiqamətdə sürətlə hərəkət etməyə başladı. Təlaş başlandı. İnsanlar eskalatorun pillələrində yıxılır, yuxarı qaçmağa və qonşu eskalatora keçməyə çalışırdılar. Yaranan sıxlıq və aldığı ağır yaralar nəticəsində 8 nəfər həlak oldu, 30-u şikəst qaldı. Hadisə məxfiləşdirildi.

5. “Lujniki”də ölümcül tıxac

20 oktyabr 1982-ci il, UEFA kubokunun 1/16 final mərhələsində Lenin adına Mərkəzi stadionda Moskvanın “Spartak” və Niderlandın “Haarlem” komandaları arasında matçın sonunda fəlakət yaşanır. Tribunalarda insanlar da çox deyildi. Ağılsızlıq və ya tənbəllikdən hüquq-mühafizə orqanları oyunun sonunda stadionun 4 çıxışından yalnız birini açmışdılar. Final fitinə iki dəqiqə qalmış hesab 1:0 “Spartak”ın xeyrinə idi. Azarkeşlər stadionu tərk etməyə başlayırlar. Pilləkənlərin yuxarısında kimsə camaatın ayaqlarının altında sürüşür və yıxılır. Bir anda sıxlıq yaranır. Elə bu vaxt “Spartak” ikinci qolu vurur. Stadionu tərk edən insanlar geri qayıdırlar. İki istiqamətdə hərəkət edən insanlar qarşılaşırlar. Tribunalarda hasarlar qırılır. İnsanlar hündürlükdən betonun üzərinə yıxılırlar. Camaat onları tapdalayır. Çoxu yeniyetmə olmaqla, 66 nəfər həlak olur. Hakimiyyət isə faciə haqqında informasiyanın yayılmasını blokladı. Hətta həlak olanların valideynləri öz uşaqlarının axtarışları zamanı çətinliklərlə qarşılaşırdılar.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar