Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kompüter önündə çox qalmağın gənclərə o qədər də mənfi təsiri yoxmuş - Araşdırma

Tarix: 06-04-2019 20:02     Baxış: 3238 A- / A+
Kompüter önündə çox qalmağın gənclərə o qədər də mənfi təsiri yoxmuş - Araşdırma

İngiltərədə Oksford universiteti tərəfindən həyata keçirilən bir araşdırma ekran qarşısında keçirilən müddətin yeniyetmələrin psixologiyası üzərindəki təsirini ortaya çıxarıb. Məlum olub ki, bu təsir gücü olduqca kiçikdir. İngiltərə, İrlandiya və Amerikadakı 17 min gənc üzərində həyata keçirilən araşdırmaya görə, yuxudan əvvəl uzun müddət ekrana baxmağın gənclərə hər hansı bir psixoloji təsiri yoxdur. Ümumən, gənclərin sağlamlıqları üzərində təsiri isə digər fəaliyyətlərlə müqayisə olunduğu zaman “olduqca az”dır.
Araşdırmaya görə, təsir gücü o qədər azdır ki, texnoloji istifadənin ərgənlik dövründəki bir gəncə əhəmiyyətli şəkildə təsir edə bilməsi üçün gəncin gündə 63 saat 31 dəqiqədən artıq müddətdə ekran qarşısında vaxt keçirməsi lazımdır.

Psychological Science jurnalında yayımlanan araşdırmanın nəticələri, ekran qarşısında həddən artıq vaxt xərcləmənin gənclərin ağıl sağlamlığı üzərindəki təsirlərinə yönəlmiş müzakirələrdə yeni bir mərhələsidir. Baş araşdırmaçı Emi Orben “Texnologiyadan istifadə sosial və professional həyatımıza inteqrasiya olduğu üçün rəqəmsal ekran qarşısında keçirilən vaxt və bunun ərgənlik çağındakı gənclər üzərində təsiri getdikcə artan bir şəkildə araşdırma mövzusu olur” dedi.

Araşdırmanı həyata keçirən Emi Orben və professor Endryu Przibilski isə daha öncəki araşdlrmaların gənclərin ekran qarşısında keçirdikləri müddətlə bağlı özlərini ifadəyə əsaslandıqlarını, bunun da ortaya etibarsız bir tablo çıxardığını dedi.
Emi Orben və Endryu Przibilskiyə görə, internetdə uzun müddət vaxt keçirənlər bunu xəfifə alırlar. İnternetdə daha az vaxt keçirənlər isə bunu daha çox şişirtməyə meyl edirlər.

Araşdırma eyni mövzu üzərində çalışanlar tərəfindən də məmnuniyyətlə qarşılanıb.

Royal Kollecində pediatr və uşaq sağlamlığı bölümündə çalışan həkim Maks Deyvi bildirib ki, ekrandan istifadə və ərgənlərin sağlamlığı arasındakı münasibətə dair faktdan daha çox fikir ortaya atılırdı. Bu araşdırma bu qeyri-mütənasibliyi ortadan qaldırmağa yardımçı oldu.

Deyv yenə də fərdlərin ekran qarşısında daha çox vaxt keçirməsinə görə problemlər yaşaya biləcəyi qənaətindədir. Eyni kollecin psixiatriya bölümündə çalışan həkim Bernadka Dubiçka isə araşdırmanın nəticələrinin məhdud ola biləcəyi qənaətindədir:

“Araşdırma uşaqların ekrana nə qədər baxdıqlarını araşdırır, ancaq nə dərəcədə zərərli məzmunlu saytlara baxdıqlarını incələmir. Ekran qarşısında keçirilən müddətin əqli sağlamlığa təsir edən faktor olmadığını bilirik, amma təhlükəli məzmunlu paylaşımlar gənclər və onların sağlanlıqları üzərində olduqca böyük təsirlərə malik ola bilər”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar