Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan prezidenti rusca danışmaqdan imtina etdi: "Bu, bizi birləşdirən dil deyil”

Tarix: 22-03-2019 20:26     Baxış: 3220 A- / A+
Gürcüstan prezidenti rusca danışmaqdan imtina etdi:

Gürcüstan ərazisində yaşayan müxtəlif millətlərdən olan insanları bir dil birləşdirməlidir, lakin bu, rus dili olmamalıdır.
Manevr.az xəbər verir ki, bunu əhalisinin böyük hissəsini azərbaycanlıların təşkil etdiyi Kvemo-Kartli bölgəsinə səfəri zamanı etdiyi çıxışda Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

“Mən çox fəxr edirəm və bütün dünyada deyirəm ki, Gürcüstan hamının yaşaya bildiyi yerdir; müxtəlif mənşəli, müxtəlif dinlərə sitayiş edən insanlar bir yerdə elə yaşayırlar ki, onlar arasında nəinki münaqişə, fikir ayrılığı belə yoxdur”, – Qardabanidə çıxış edən Zurabişvili bildirib.

Gürcüstan dövlət başçısının sözlərinə görə, bütün ölkə sakinləri görməlidirlər ki, partiyasından, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, onların bir ümumi gələcəyi var.

“Çox təəssüf edirəm ki, burada sizinlə istədiyim kimi danışa bilmirəm, istəyirəım ki, daha çox ünsiyyətimiz olsun. Mən sizinlə rus dilində danışa bilmərəm – bu, istisna olnur, çünki bu, bizi birləşdirən dil deyil”, – Salome Zurabişvili izahat verib və əlavə edib ki, azərbaycanca bir neçə söz öyrənə blər, lakin əhali ilə bir dildə danışmağı üstün tutardı.

“Eyni zamanda, siz ənənələrinizi davam etdirmisiniz, dilinizi, mahnılarınızı, rəqslərinizi qorumusunuz, bütün bunlar Gürcüstanın var-dövlətidir və bununla bağlı başqa ölkələrdə kiçik eyib, hətta paxıllıq var ki, onlar bizim kimi bacarmırlar, bizim birlikdə etdiyimiz kimi edə bilmirlər. Odur ki, gəlin, birgə yaşayışımızı davam etdirək. bunu möhkəmləndirək və gələcəkdə bütün dünyanı heyrətləndirəcək nümunəvi ölkə olaq”, – Zurabişvili sözlərini yekunlaşdırıb.virtualaz.org


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar