Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ukraynada seçki gərginliyi: Timoşenko qaçmağa hazırlaşır?

Tarix: 22-03-2019 09:29     Baxış: 2206 A- / A+
Ukraynada seçki gərginliyi: Timoşenko qaçmağa hazırlaşır?

Prezident seçkilərində uduzsam belə, Ukraynadan qaçmaq fikrim yoxdur.

Manevr.az xəbər verir ki, bu sözləri prezidentliyə namizəd, "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko deyib.

O, prezident seçkilərindən sonra ölkədən qalıb-qalmayacağı sualını birbaşa efirdə cavablandırarkən sözünə davam edib: "Bu mafiyadan çəkinəcəyim heç bir şey yoxdur. Bu mafiya Rostov-Dondan çıxıb... Mən öz ölkəmədən heç vaxt qaçmamışam və qaçmaram da..."

Yuliya Timoşenkonun sözlərinə görə, Viktor Yanukoviçin prezident olduğu vaxt onun həbsinə hazırlıq getdiyi, bununla belə, ölkədən çıxışına "yaşıl dəhliz" açıldığı bildirilib. O isə ölkəni tərk etməkdən imtina edib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Əvvəlcə yarışa 44 namizəd qoşulsa da, sonradan onların 5-i geri çəkilib.

Bəzi sorğuların nəticələrinə görə, Yuliya Timoşenko seçkini udmaq şansı olan əsas namizədlərdəndir. Digər namizəd, şoumen Vladimir Zelenski də seçicilərin rəğbətini qazanıb.

Bununla belə, Ukraynanının hazırkı prezidenti Petro Poroşenkonun seçkidə qələbə çalacağı ehtimalı böyükdür.teleqraf.com


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar