Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Hollivud aktyorlarının övladlarını rüşvətlə ali məktəblərə düzəldən dəstə ifşa edildi

Tarix: 13-03-2019 22:33     Baxış: 3228 A- / A+
Hollivud aktyorlarının övladlarını rüşvətlə ali məktəblərə düzəldən dəstə ifşa edildi

ABŞ Federal Təhqiqatlar Bürosu Hollivud aktyorlarının və başqa imkanlı şəxslərin övladlarını müvafiq pul ödənişi müqabilində ölkənin nüfuzlu ali məktəblərinə düzəldən mütəşəkkil dəstəni ifşa edib.

Manevr.az xəbər verir ki, 50 nəfərə qarşı ittiham irəli sürülüb və onların bir qismi barəsində həbs qətimkan tədbiri seçilib.

Saxlanılanlar arasında olan tanınmış Hollivud aktrisası Felisiti Haffmanböyük qızının giriş imtahanındakı cavablarının yenidən yazılması üçün 15 min dollar məbləğində rüşvət verib. Los-Anceles şəhərindəki evində saxlanılan Haffman istintaqla əməkdaşlıq edəcəyini bildirəndən sonra 250 min dollarlıq girov müqabilində sərbəst buraxılıb.

Başqa bir üsul da tətbiq edilib. Məsələn, aktrisa Lori Laflin iki qızını saxta idmançı sənədləri tərtib etməklə akademik avarçəkmə komandasının üzvü qismində Cənubi Kaliforniya Universitetinə düzəltdirmək üçün 500 min dollar rüşvət verməkdə şübhəli bilinir.

Dəstənin başçısı Uilyam Singer törətdiklərini etiraf edərək istintaqla əməkdaşlıq etməyə razılıq verib.report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar