Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

KVN-şik Ukrayna prezidenti ola bilər - sürpriz nəticə...

Tarix: 12-03-2019 21:02     Baxış: 3199 A- / A+
KVN-şik Ukrayna prezidenti ola bilər - sürpriz nəticə...

Ukraynada martın 31-də keçiriləcək prezident seçkilərinə doğru hər keçən gün seçki marafonu qızışır. Artıq seçkilərlə bağlı müxtəlif təşkilatların keçirdikləri rəy sorğularında hansı namizədlərin qalib gəlmə şansları məlum olmağa başlayıb.

Son rəy sorğularından biri xüsusilə diqqət çəkib. Belə ki, heç kəsin gözləmədiyi halda keçmiş KVN iştirakçısı, yumorist Vladimir Zelenski lider olub. Respondentlərin 20,3%-i ona səs veriblər. Onun arxasınca, “Batkovşina” partiyasının sədri Yuliya Timoşenko (13,9%) və hazırki dövlət başçısı Pyotr Poroşenko (13,1%) səs toplayıb. Növbəti pillədə “Müxalifət platforması- Həyat naminə” fraksiyalararası birliyinin sədri Yuri Boyko (11,7%) qərarlaşıb.

V.Zelenskinin fonunda sürpriz bir iddiaçının meydana çıxması bu seçkilərə olan marağı olduqca artırıb. Əgər indiyə qədər əksəriyyət Poroşenko və Timoşenko arasında mübarizənin gedəcəyini düşünürdüsə, indi tamam fərqli situasiya yaşanır. Artıq kimin qalib gələcəyini əminliklə söyləmək mümkün deyil. Ukrayna prezidentliyi uğrunda qalibin ikinci turda müəyyənləşəcəyini düşünənlər də az deyil.
KVN-şik Ukrayna prezidenti ola bilər - sürpriz nəticə...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a Poroşenkonun vəziyyətinin getdikcə çətinləşdiyini bildirdi: “Poroşenko prezident seçkisinin ikinci turuna keçmək üçün bütün imkanlarını səfərbər edib. Buna baxmayaraq, onun komandası son günlər laxlayır. Çünki, bəziləri hesab edir ki, Poroşenko məğlub olsa, onların ağır günləri başlaya bilər. Ona görə də gəmini tərk etməyə hazırlaşırlar. Hətta Poroşenkonun özü də anlayır ki, məğlub olsa ona və tərəfdarlarına qarşı əcinnə ovu başlayacaq. Məsələn, əsas namizədlərdən biri sayılan aktyor Zelenski deyib ki, prezident seçilsə Poroşenkonu həbs edəcək.

Rəqibləri Poroşenkonun prezident olduğunu illərdə varidatının artıdığını bildirirlər, halbuki Ukrayna son illərdə kasıblaşıb. Ancaq bunun obyektiv səbəbləri var. Poroşenko prezident seçiləndə Krım və Donbasın bir hissəsi itirilmişdi, nazirliklər dağılmışdı, ordu və təhlükəsizlik sistemi yox idi. Poroşenko bunları sıfırdan yaratdı, müharibə davam edirdi. Poroşenko iqtisadiyyatı dirçəldə bilmədi, sosial problemlər artdı. Poroşenkonun prezident olduğu illərdə iqtisadiyyatda və sosial problemlərin həllində qazandığı elə bir uğuru yoxdur. Ən çox səslənən suallardan biri budur ki, necə olur ki, aktyor Zelenski bütün reytinq cədvəllərində birincidir. Məsələ burasındadır ki, ukraynalılar mövcud siyasətçilərdən beziblər. Siyasətçilər verdikləri vədləri yerinə yetirə bilməyiblər. Ukraynalılar ona görə Zelenskiyə üstünlük vermirlər ki, bu artistin prezident kimi böyük uğur qazanacağına inanırlar. Sadəcə, ukraynalılar mövcud siyasətçiləri cəzalandırmaq üçün Zelenskiyə üstünlük verirlər. Kobud desək, pislə ən pis arasında birinciyə üstünlük verirlər”.

Politoloq fikirlərinə bu cür davam etdi: “Fikrimcə, Zelenskinin və ya Timoşekonun prezident seçilməsi də Ukraynanı ağ günə çıxarmayacaq. Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, Ukrayna siyasi baxımdan rəngarəng ölkədir, şərqin bir hissəsi Moskvaya ümidlə baxır, paytaxt və qərb bölgələri isə Avropanı seçir. İkisi arasındakı baxışlarda böyük uçurum var. Üstəgəl Ukraynanın sənayesi dağılıb və onu yenidən bərpa etmək problematikdir. Subyektiv səbəblər odur ki, korrupsiya ölkəni bürüyüb, oliqarxlar siyasi sistemi nəzarətdə saxlayırlar. Digər tərəfdən Ukraynanı dirçəltmək üçün kənar yatırımlara ehtiyacı var. Bunu isə heç bir dövlət və maliyyə institutu Ukraynaya ayırmaq istəmir. Ayrılan milyardlar Ukraynanın köklü problemlərini həll etmədi. Ona görə də böyük dövlətlər və beynəlxalq maliyyə institutları daha Ukraynaya pul vermək istəmirlər. Bu səbəbdən Ukraynanın istənilən prezidenti Poroşenkonun üzləşdiyi eyni çətinliklərlə üzləşəcək və onları həll etməkdə “sehrli çubuğa” malik olmayacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar