Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qaraçıların heyrətamiz dəfn mərasimlərinin sirri: İnanılmaz dəbdəbə! -ŞƏKİLLƏR

Tarix: 10-03-2019 19:12     Baxış: 4561 A- / A+
Qaraçıların heyrətamiz dəfn mərasimlərinin sirri: İnanılmaz dəbdəbə!

Biz hamımız bu dünyada qonağıq və nə qədər var-dövlət yığsaq da, özümüzlə qəbrə apara bilmərik. Amma qaraçı baronları başqa cür düşünür. Onların dəfni bir imarətdən digərinə köçü xatırladır. Hətta qəbiristanlığa dəbdəbəli və rahat yol döşənir.
Qaraçıların xristian olmasına baxmayaraq, dəfn adətləri ənənəvi mərasimlərdən fərqlənir. Bu xalqın nümayəndələri hesab edir ki, insan ölümdən sonra o biri dünyada yaşamağa davam edir və ona maksimum rahat şərait yaratmaq lazımdır.

Çox az adam özünə yüksək səviyyədə dəfn rəva görə bilir. Amma qaraçı baronlar üçün yeraltı sərdabə cənazə mərasiminin vazkeçilməz atributudur. Qaraçı baronlarını Misir fironları kimi dəfn edirlər – mərhum geniş sərdabələrdə sağlığında bəyəndiyi hər cür avadanlıqla təchiz olunur.

Otaq yerin altında yerləşir, üstündə isə qranit və mərmər abidə quraşdırılır. Abidədə mərhum başdan ayağa, bəzən hətta at və ya avtomobillə təsvir olunur.

Məzarda mebel, məişət texnikası, paltar, elit spirtli içkilər, mobil telefon, qızıl zinət əşyaları qoyulur. Bunlardan başqa, mərhumla birlikdə sevdiyi bütün əşyaları basdırırlar. Ülgüc, başmaq, sevimli pijama, dibçəkdə gül – ölənin axirətdəki həyatını bəzəyə biləcək ən qeyri-adi əşyalar.

Bəzən müxtəlif maraqları olan xüsusi zəngin adamla vidalaşanda bir neçə otaqdan ibarət yeraltı mənzil düzəldirlər. Ən böyük dəbdəbə isə mərhumun avtomobili ilə birlikdə yeraltı qarajı olan məzar sayılır.

Tabut yeraltı dünyada yerini alandan sonra cənazə mərasimində iştirak edən qadınlar üzərindəki qızıl zinət əşyalarını məzara atırlar. Bundan sonra sərdabəni dəmir-beton plitələrlər, daha etibarlı olsun deyə, betonla örtürlər.

Ciddi qorunmasına baxmayaraq, bəzən qəbirləri qarət edirlər. Məzarların qarət olunması həmişə günah sayılsa da, bəziləri üçün sahibi müqavimət göstərə bilməyən qəbirləri soyaraq böyük mənfəət əldə etmək istəyi çox yüksəkdir. Əsasən məzarladan qızıl zinət əşyaları və pul aparırlar. Bəzən hətta böyük məişət əşyasını oradan dartıb çıxardıqları da olub.

Məşhur bir qaraçı baronun məzarını qarət edənlər tutulandan sonra bir əhvalat danışmışdı. Onlar yeraltı sərdabəyə beton tam bərkimədiyindən dəfndən dərhal sonra asanlıqla girmişdilər. Oğrular sərdabənin damını deşib, aşağı düşmüşdülər.

Qəbrin sahibi bahalı kostyumda, qolunda “Roleks” saat, brilyantlarla basdırılıbmış. Otaqda üstünə müxtəlif içkilər düzülmüş stol varmış. Məhz içki cinayətkarları məhv edib. Onlar saatı, qızıl zinət əşyalarını, 100 min rublu və 5 min dolları götürüb, uğuru konyakla “yumaq” qərarı verirlər. Bir müddət sonra oğruları spirtli içki şüşələrinin üzərindəki barmaq izlərindən tapırlar.

Dəfn mərasimi də ayrılıqda diqqətə layiq prosesdir. Mərhumu bahalı ağacdan hazırlanmış xüsusi tabuta yerləşdirirlər. İçəridə hətta kondisioner, işıqlandırma sistemi quraşdırılır. Məsələn, 2013-cü ilin avqustunda Rumıniyanın Sibiu şəhərində baron Florian Çioab üçün belə cənazə mərasimi təşkil olunmuşdu.

Şəkillərdən birində görünən qaraçı xalqının nümayəndəsi bu dünyanı böyük dəbdəbə ilə tərk edib. Mərasimdə iştirak üçün dünyanın 59 ölkəsindən gəlmişdilər. Bahalı avtomobillərdən və limuzinlərdən düzülən maşın karvanının uzunluğu isə 7 kilometrə çatırdı. “Qaraçıların kraliçası” ilə belə vidalaşırdılar.

Bu qadının ailəsi atlı katafalk və limuzin korteji sifariş etmişdi. Cənazə mərasiminin gülləri üçün 16 min funt sterlinq (təxminən 21 min dollar) xərclənmişdi. Məzarın üzərinə hündürlüyü bir metdən az olmayan 60 əklil qoyulmuşdu. Əklillərin bəzisi mərhumun sevimli heyvanları – balaca it və poni formasında idi.

İtaliyada qaraçı mafiya klanına başçılıq edən Vittorio Kazamonikanın da dəfni fərqli alınmışdı. Altı at, dəbdəbəli katafalk və bir neçə kilometr uzanan maşın karvanı. 2018-ci ilin payızında isə İtaliya hökuməti bu klanı sıradan çıxarmağa başlayanda ailənin villalarını kütləvi dağıtmağa başladı.

Qaraçıların məzar daşları uzaqdan görünür. Burada təkcə mərhum başdan ayağa göstərilmir, yanında bəzən hətta sağ olan yaxınları da əks olunur. Hər kəs bilməlidir ki, burada hörmətli adam dəfn edilib.

Tez-tez mərhumların məzar daşlarında stolun üstündə elit spirtli içkilər və bahalı siqaret markaları təsvir olunur. Həmin daşların üzərində ölənin hobbilərinə işarə vuran balıqçı əşyaları, avtomobil, yaxta təsviri görünür. Ölüləri xüsusi bayram ritualı ilə xatırlamaq adəti olduğundan, məzarın yanında stol və skamya qoyulur. Bəzən örtülü pavilyon quraşdırılır.bizimyol.info

Manevr.az

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar