Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanı peşman edən, Paşinyan ailəsini isə sevindirən səfər

Tarix: 07-03-2019 11:44     Baxış: 3193 A- / A+
Ermənistanı peşman edən, Paşinyan ailəsini isə sevindirən səfər


Ermənistan başa nazirinin Brüssel səfəri ermənilərin istədiyi kimi keçməyib. Çünki bu səfər yerinə və vaxtına düşməyib. Bu barədə erməni mətbuatı yazır. “Past” qəzeti yazır ki, Ermənistanın xahişi ilə gerçəkləşən səfər üçün vaxt uğursuz seçilmişdi. İş ondadır ki, indi siyasi elita may seçkilərinə fəal hazırlaşır. Təbii ki, Avropada hər kəs seçkiqabağı təşviqatla məşğuldur. Bunun üçün erməni nümayəndə heyəti Avropadan olan məmurlarla görüş zamanı hansısa soyuqluq, narahatalıq hiss ediblər.

Bu vəziyyət həm də Nikol Paşinyanın Aİ və Avropa arasında imzalanan razılaşmanı çox tərifləməsinə baxmayaraq, onun reallaşması üçün heç bir addım atılmamasına görə yaranıb.

Brüsseldə yaxşı dincələn isə baş nazirin arvadı Anna Akopyan və qızı Məryəm olub. “Qraparaq” qəzeti yazır ki, əvvəl ailəsinin də Paşinyanla səfərə getdiyi açıqlanmayıb. Amma sonra nazirin mətbuat katibi onların da Paşinyanı xarici səfərində müşayiət etdiyini təsdiqləyib. Öz mənbələrinə istinad edən qəzet qeyd edir ki, Belçikadakı Ermənistanın bütün diplomatik korpusu Paşinyan ailəsinin üzvlərinini əyləndirməklə, onları bahalı restoranlara aparmaq, brend mağazalarda gəzdirməklə məşğul idilər.

Paşinyanın özündə də Avropa səfəri haqqında elə də xoş təəssürat qalmayıb. Xatırladaq ki, ona Brüsseldə Azərbaycan prezidenti ilə planlaşdırılan görüş ərəfəsində Qarabağ danışıqları ilə bağlı heç bir yeni format təklif etməyin lazım olmadığı barədə xəbərdarlıq da ediblər.

Bütün bunlara baxmayaraq onun ailəsində Belçikanın nəfis təamları, bahalı alış-verişləri haqqında Paşinyan ailəsində xoş xatirələr qalacaq.

Ermənistanda isə buna şad olmayıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar