Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda casus qalmaqalı böyüyür

Tarix: 03-03-2019 16:46     Baxış: 3207 A- / A+
Ermənistanda casus qalmaqalı böyüyür

Ermənistan parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanov Paşinyanın Tehrana səfəri zamanı verdiyi bəyanatda casus elan etdiyi erməni siyasətçilərin adlarının açıqlanmasını tələb edib.
Manevr.az xəbər verir ki, erməni müxalifətinin nümayəndəsi baş nazirin bəhs etdiyi bu şəxslərlə bağlı hüquq-mühafizə orqanlarının fəaliyyətə keçməsinin zəruriliyini qeyd edib.

Nikol Paşinyan Tehranda erməni icmasının nümayəndələri ilə görüşündə bəyan edib ki, onlar xarici ölkələrin agentləri olan siyasi xadimləri rədd etməlidirlər. Baş nazirin “xarici ölkələrin agentləri dövlətin daxilinə sızmış “Troya atıdırlar” sözlərinə münasibət bildirən Şarmazanov deyib ki, milli təhlükəsizliyinin əhəmiyyətinin dərk edildiyi hər bir normal, demokratik ölkədə bu sözlərin ardından konkret tədbirlər görülməlidir. Onun sözlərinə görə, ictimaiyyət siyasi fəaliyyətlə məşğul olan bu xarici ölkə agentlərinin kim olduqlarını bilməlidir, lakin üzərindən iki gün keçməsinə rəğmən nə Paşinyan, nə də onun ətrafındakılar heç bir casusun adını açıqlamayıblar.

Erməni siyasətçi əlavə edib ki, Paşinyan dövlətin sarsıdılması ilə məşğul olduqlarını iddia etdiyi bu siyasi xadimlərin adlarını açıqlamalıdır. “Baş nazir artıq parlamentin tribunasından şayiələr yayan müxalifətçi deputat deyil. O, faktiki olaraq güc strukturlarının – konkret desək, polis və təhlükəsizlik xidmətinin tabe olduqları dövlət başçısıdır. Paşinyan kimi nəzərdə tutduğunu söyləməlidir, əks halda onun sözləri heç bir əsası olmayan növbəti populizm, yalan məlumat, rüsvayçı demaqogiya kimi qəbul ediləcək”, - deyə müxalifət nümayəndəsi vurğulayıb.Azərtac


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar