Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əməliyyatdan imtina edən arvadını və uşaqlarını öldürdü - ŞƏKİLLƏR

Tarix: 21-02-2019 09:57     Baxış: 4458 A- / A+
Əməliyyatdan imtina edən arvadını və uşaqlarını öldürdü - ŞƏKİLLƏR


Tayvan sakini həyat yoldaşını və iki uşağını öldürüb. Buna səbəb qadının sinəsini ikinci dəfə böyütməkdən imtina etməsi olub.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Pen Huey Ay bundan əvvəl 32 yaşlı əri Vu Men Yunun tələbi ilə bir dəfə sinəsini böyütmə əməliyyatından keçib. 2018-ci ilin noyabr ayından bəri cütlüyün münasibətlərində ciddi münaqişələr ortaya çıxıb və onlar bir müddət ayrı yaşamağa qərar veriblər.

Cütlüyün böyük oğulunun əvvəl dediyinə görə, atası “ideal bədən” quruluşu naminə anasının yenidən bıçaq altına uzanmasını istəyib. Ancaq 34 yaşlı Huey Ay xarici görünüşünü dəyişməkdən imtina edib və boşanmaq istədiyini bildirib.

Sonuncu dəfə mərhumun valideynləri onu və uşaqlarını boşanmanın detallarını müzakirə etmək üçün ərinin yanına yollanan zaman görüb.

Polis Men Yunun dostundan müvəqqəti aldığı taksinin salonunda dörd nəfərin meyitini aşkarlayıb. Qadın ön oturacaqda əlləri bağlı, əyləşmiş vəziyyətdə olub. Doqquz yaşlı oğlan və altı yaşlı qızın cansız bədəni isə arxa oturacaqda olub. Ölüm səbəbi ilə bağlı iki versiya irəli sürülüb.

Əsas versiyaya görə, kişi ailə üzvlərini avtomobildə dəm qazı ilə zəhərləyib.

İkinci versiyaya əsasən, Men Yu ailə üzvlərini onların qidasına təhlükəli maddə qatmaq yolu ilə zəhərləyib. Bu versiyanı isə avtomobildə “McDonalds” restoranından alınmış “fast-food”a görə verilmiş qəbz möhkəmləndirir.

Dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün meyitlərin bu gün yarılacağı bildirilir.

Əməliyyatdan imtina edən arvadını və uşaqlarını öldürdü - ŞƏKİLLƏR
Əməliyyatdan imtina edən arvadını və uşaqlarını öldürdü - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar