Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanı gözləyən FƏLAKƏT: həşəratlar yox olsa...

Tarix: 15-02-2019 21:55     Baxış: 4290 A- / A+
Dünyanı gözləyən FƏLAKƏT: həşəratlar yox olsa...


Həşəratların yox olması dünya miqyaslı fenomen bir hadisədir. Əgər bunu durdurmaq mümkün olmasa, nəticələr sadəcə fəlakət olacaq.

Manevr.az musavat.com-a istinadən bildirir ki, İsveçrə mediasında yayımlanan yazıda avstraliyalı ekoloq, Sidney Universitetinin professoru Fransisko Sançez-Bayonun rəhbərliyi altındakı alimlər qrupunun həşəratların sayının öyrənilməsinə həsr olunan 73 müxtəlif təhqiqatı incələyərək olduqca qorxulu nəticəyə gəldikləri göstərilib.

Onların rəyinə görə, hazırda həşəratların bütün növlərinin sayında azalma baş verir. Özü də bu proses elə sürətlə gedir ki, ildə onların biokütləsi 2,5% azalır. Əgər proses bu templə davam etsə, 100 ildən sonra Yer üzündə bir dənə həşarat qalmayacaq.

Ekspertlərin fikrincə, xüsusilə pulcuqlu qanadlılar və ya kəpənəklərin, habelə peyin böcəklərinin, o cümlədən, arı, eşşək arısı kimi zərqanadlıların və qarışqaların sayı kəskin şəkildə minimal səviyyəyə enir.

Mütəxəssilərin rəyinə əsasən, həşəratlaırn qlobal şəkildə məhv olmasının əsas səbəbi ətraf mühit, xüsusilə kənd təsərrüfatı sahəsində intensivliyin artması (burada bitkilərə verilən zəhərlərin də rolu az deyil), şəhərsalma və yol tikintisinin aparılmasıdır.

Sənayedə və kənd təsərrüftatında istifadə olunan maddələr, məsələn, neonikotinlər həşəratların sinir sisteminə öldürücü təsir göstərir, bunun sayəsində isə təkcə ziyanvericilər deyil, başqa həşəratlar da ölürlər.

Bundan başqa, "varroa" tipli gənə-parazitlərin bal arılarının yuvalarına "dadanması" onların kütləvi surətdə məhvinə gətirib çıxarıb.

Alimlər 4-cü səbəb kimi iqlim dəyişikliyini göstərir. Havalaırn istiləşməsi onsuz da hərarətli və tropik bölləgələrdə güc-bəla ilə yaşayan həşəratlara ciddi ziyan vurur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar