Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Sərhədi keçdiyimiz bilinsəydi, güllələyəcəkdilər” – Səddamın nəvəsi

Tarix: 15-02-2019 11:49     Baxış: 4286 A- / A+
“Sərhədi keçdiyimiz bilinsəydi, güllələyəcəkdilər”


Mən İraq vətəndaşıyam və Səddam Hüseynin qızı Ragadtan olan nəvəsiyəm.

Manevr.az xəbər verir ki, bu sözləri İraqın devrilmiş diktatoru Səddam Hüseynin nəvəsi Harir Hüseyn Kamil yazdığı “Səddam və nəvəsi” adlı kitabı haqqında danışarkən deyib.

İordaniyada məsskunlaşan və hazırda Kanada universitetinin iqtisad fakültəsində təhsil alan Kamil ABŞ-ın 2003-cü ildə İraqı işğal etdikdən sonra ailəsi ilə birlikdə ölkədən necə ayrıldıqları haqda acı xatirələrini bölüşüb:

“ABŞ ordusu İraqa daxil olduqda bütün ailə üzvlərimiz, hamı uşaqları ilə birlikdə ölkəni tərk etdi. İraqı tərk etdiyimiz gecə soyuq və qaranlıq idi. Səddamın qızları Ragat və Rənanın övladları ilə birlikdə Mosulda olduqları xəbəri mətbuata sızdırılanda biz ölkəni tərk etdik. Uşaq və qadınların təhlükəsizliyi olmadığı üçün İraqı Suriya-İraq sərhədindən tərk etməli olduq. Əslində bu, bizim üçün böyük risk idi. Suriya əsgərləri orada insan olduğunu başa düşsəydi, bizi güllələyə bilərdilər. Əsgərlərin belə bir hüququ vardı.

Suriyaya keçdikdən sonra orada bir neçə gün qaldıq. Sonra İordaniyaya keçdik və burada bizi qonaq etdilər. Bu günə qədər İraq pasportuna sahib olduğumuzdan bizə ərəb pasportu verildi. Eyni zamanda aylıq əməkhaqqı və ev də verilib. Bu vəziyyət indiyə qədər davam edir”.

Harir Hüseyn Kamil Səddam Hüseynin ailə üzvlərinin, xüsusilə, özünün və anası Ragatın indiyə qədər ölüm təhdidlərilə üzləşdiyini deyib.

İraqı tərk etdikdən sonra Böyük Britaniyaya “qonaq kimi qəbul olunma” təklifi aldıqlarını bildirən Səddam Hüseynin nəvəsi əlavə edib ki, bu təklif digər ölkələrdən gələn təklif kimi siyasi fəaliyyət göstərməmək şərti ilə irəli sürülüb.

Kamil “Səddam və nəvəsi” adlı kitabında babası Səddam Hüseynin ailəsinin xanımları və nəvələri ilə xatirələrini yazıb.

Kitabda ABŞ-ın İraqı işğal etməsinin ilk illərilə bağlı məqamlar da öz əksini tapıb.

Əsərdə müəllif babası Səddam Hüseynin asılacağından narahatlığını da dilə gətirib.

Qeyd edək ki, Harir Hüseyn Kamilin “Səddam və nəvəsi” kitabı Birləşmiş Ərəb Əmirliyinin Şarika şəhərində keçirilən beynəlxalq kitab sərgisində ictimaiyyətə təqdim edilib./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar