Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan höküməti QƏRAR verdi: Azərbaycanlıların qatilinin büstü götürüləcək

Tarix: 09-02-2019 11:20     Baxış: 5506 A- / A+
Gürcüstan höküməti QƏRAR verdi: Azərbaycanlıların qatilinin büstü götürüləcək

Azərbaycanda dinc əhalini qətlə yetirmiş "Kobra" ləqəbli terroçu Mikail Avakyana Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində abidə qoyulması həm azərbaycanlı, həm də gürcü ictimaiyyətinin etirazına səbəb olub. Ötən gün Tbilisidə Gürcüstan parlamentinin binası önündə azərbaycanlılar, gürcülər, Abxaziya müharibəsi veteranları və ziyalılarla birlikdə keçirdikləri etiraz aksiyası narazılığın ciddi olmasından xəbər verirdi. Onlar Gürcüstanın separatizmdən əziyyət çəkdiyini və belə bir zamanda bir separatçıya Gürcüstan ərazisində abidə qoyulmasını kəskin pislədilər və bunun birbaşa Gürcüstana zidd olduğunu bəyan etdilər.

Manevr.az bildirir ki, modern.az-ın əldə etdiyi məlumata görə, Gürcüstan hökuməti etirazların geniş vüsət almasından, həmçinin, rəsmi Tbilisinin də Abxaziya və Cənubi Osetiya münaqişələrində separatizmdən zərər çəkdiyini nəzərə alaraq Mixail Avaqyannın Buqaşen kəndindəki büstünü götürmək qərarına gəlib.

Bundan xəbər tutan öyrədilmiş və Gürcüstanda aranı qarışdırmaq istəyən ermənilər heykəlin gecə ilə götürülməsindən narahat qalaraq büstün qarşısında keşik çəkməyə başlayıblar. Məlumata görə, onlar öz aralarında növbə bölgüsü edərək separatçının büstünü gecə-gündüz qorumaq qərarına gəliblər.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində erməni terrorçu Mikael Avakyana abidə qoyulub. Erməni separatçıya abidənin qoyulması Azərbaycan və Gürcüstan ictimaiyyətinin etirazlarına səbəb olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar