Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

İsa Peyğəmbər çarmıxdan xilas olub Yaponiyaya gedib — YENİ İDDİA

Tarix: 02-02-2019 14:55     Baxış: 3223 A- / A+
İsa Peyğəmbər çarmıxdan xilas olub Yaponiyaya gedib

Yaponiyanın Aomori prefekturasındakı Sannoxe bölgəsində Sinqo adlı kənd barədə çox az adamın məlumatı var.

Manevr.az
xəbər verir ki, əfsanəyə əsasən, Xonsyu adasının şimalında yerləşən kənddə İsa Peyğəmbər yaşayıb və dünyasını dəyişib.
Yaponiyada bir çox insan İsa Peyğəmbərin çarmıxdan gizli şəkildə qaçdığına və minlərlə kilometr məsafə qət edərək Yapon adalarına gəldiyinə inanır. İddiaya görə, İsa Peyğəmbər burada evlənir və qocalıb ölənə qədər yaşayır.

Əfsanəyə əsasən, İsanın 21 yaşı olanda Yaponiyada 9 il yaşayıb və burada dini biliklərə və müdrikliyə yiyələnib. Sonra isə kiçik qardaşı İsukiri yaşayan İudeyə yola düşüb. Amma Roma vilayətində İsanın təbliğatını sərt qarşıladılar. Onu həbs edərək ölüm hökmünə məhkum etdilər. Bəzi mənbələrə görə, İsanın kiçik qardaşı İsukiri özünü qurban verir və Peyğəmbərin əvəzinə çarmıxa o çəkilir.

Bu hadisədən sonra İsa Sibirə, oradan da Alyaskaya keçir. Sonra isə Yaponiyadakı Sinqo kəndinə qayıdır. Ölümünə qədər isə kədni tərk etmir.

Kiçik kənddə İsa təlimlərinə davam edir, adını Daytenki Taro Yuraya dəyişir və Miyuko adlı qızla evlənir. Bu nikahdan onun üç qızı dünyaya gəlir. Peyğəmbər Sinqo kəndində düyü yetişdirir, uzun illər yaşayaraq 106 yaşında dünyasını dəyişir.

İsa Peyğəmbəri böyük hörmət və ehtiramla dəfn etdilər. Onun qəbiri bu günə qədər də qalır. Hər il minlərlə zəvvar və turist bu kəndə, Peyğəmbərin qəbirinə baş çəkir.
Sinqoda hər il Tanrı Oğlu şərəfinə festival keçirilir. Bundan başqa Sinqonun bir neçə sakini İsanın nəslindən gəldiyini iddia edir...ölkə.az
İsa Peyğəmbər çarmıxdan xilas olub Yaponiyaya gedib

İsa Peyğəmbər çarmıxdan xilas olub Yaponiyaya gedib

İsa Peyğəmbər çarmıxdan xilas olub Yaponiyaya gedib

İsa Peyğəmbər çarmıxdan xilas olub Yaponiyaya gedib

İsa Peyğəmbər çarmıxdan xilas olub Yaponiyaya gedib



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar