Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Trampa NATO-dan çıxmağı qadağan etdilər

Tarix: 23-01-2019 09:08     Baxış: 3157 A- / A+
Trampa NATO-dan çıxmağı qadağan etdilər


ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə görə, prezident Donald Tramp ölkəni NATO üzvlüyündən çıxara bilməyəcək.

Bu barədə Konqresin saytında deyilir.

Sənədin təşəbbüskarı olmuş demokrat Cim Panettanın bəyanatına görə, qanun layihəsi “prezidentin alyansdan çıxmaqla bağlı istənilən cəhdini və bunun üçün büdcə vəsaitlərindən istifadə etməsini” qadağan edir.

Bundan başqa, sənəd NATO-ya üzv dövlətlərin ümumdaxili məhsulunun azı iki faizinin kollektiv müdafiəyə sərf olunmasına və Rusiyanın potensial təcavüzündən qorunmaq məqsədi daşıyan Avropa təşəbbüsünə vəsaitin ayrılmasını dəstəkləyib.

Xatırladaq ki, bir həftə əvvəl ABŞ prezidenti Donald Tramp apardığı şəxsi söhbətlərdə ABŞ-ı NATO üzvlüyündən çıxarmaq istəyini dilə gətirmişdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar