Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Müəllim şagirdinin ailəsi üçün ev tikdirdi

Tarix: 22-01-2019 19:29     Baxış: 3250 A- / A+
Müəllim şagirdinin ailəsi üçün ev tikdirdi

Türkiyənin Kayseri şəhəri yaxınlığındakı bir qəsəbədə ibtidai sinif müəlliməsi ağır vəziyyətdə yaşayan şagirdinin ailəsinə kömək etmək üçün bir xeyriyyə kampaniyası təşkil edib.

Manevr.az
moderator.az-a istinadən xəbər verir ki, bu haqda “Yeni Şafak” qəzeti məlumat yayıb. Üçüncü sinif şagirdi Nejat Özdenin məktəbdə heç nə yemədiyi və özü ilə nahar gətirməməsi müəllim Aişə Okmenin diqqətini çəkib. Məlum olub ki, qızcığaz məktəbə gələrkən səhər yeməyi də yemir, çünki evlərində yeməyə bir şey yoxdur. Bunu bilən kimi müəllimə həmin ailəni ziyarət edib. Gördükləri onu şoka salıb. Nejatın və kiçik bacısının valideynlərinin görmə əlilliyi ucbatından işləyə bilmədikləri bəlli olub. Ailənin yeganə gəlir mənbəyi əlillik təqaüdləridir. Üçüncü sinif şagirdi Nejat ailəsinin, az da olsa, qidalanması üçün bütün yayı çobanlıq edib.
"Evləri demək olar ki, boş idi. Hamam yox idi, mətbəx yalnız qismən təchiz olunmuşdu, soyuducuda isə heç bir qida görmədik, istilik sistemi qoşulmamışdı", - deyə müəllimə bildirib.

Aişə Okmen ilk növbədə ailəni aclıqdan xilas etməyə çalışıb, onları bir müddət ərzaqla təmin edib. Müəllimin böyük qardaşı Nejatın evini təmir etməyi təklif edib. Amma ev ailənin mülkiyyəti olmadığından bu fikirdən çəkiniblər. Yeganə variant ailə üçün yeni bir ev tikmək olub...

Müəllimin iş yoldaşları, dost və tanışları 9 yaşındakı məktəbli qızın ailəsinin çətin vəziyyətini öyrənərək onun təşəbbüsünü dəstəkləyib. Bu minvalla məktəb və qəsəbədə "Nejat üçün öz kərpicinizi qoyun" adlı xeyriyyə kampaniyası başladılıb. Nəticədə birgə çalışmaqla cəmi 3 ay müddətində əlillər ailəsi üçün istilik sistemi və bütün rahatlığı olan gözəl bir ev qurulub. Mebel və digər ev əşyalarını qonşular və xeyriyyəçi adamlar bağışlayıb.

"Biz evi mümkün qədər rahat etməyə çalışdıq. Sanki özümüz üçün tikirdik. Nejatın yeni evə yerləşən ailəsi çox məmnun qaldı. Bu xeyirxah işə qoşulan hər kəsə təşəkkür edirəm ",-deyə fədakar müəllim Aişə Okmen bildirib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar