Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qadınlar ayağa qalxdılar - Deputatın zorladığı azərbaycanlı qız üçün

Tarix: 19-01-2019 09:40     Baxış: 3259 A- / A+
Qadınlar ayağa qalxdılar

İranda deputat Salman Xudadinin cinsi təcavüzünə məruz qalan güney azərbaycanlı qadın Zəhra Nəvidpurun müəmmalı ölümü ilə bağlı sosial şəbəkələrdə kampaniya başlayıb.

Manevr.az
xəbər verir ki, Güney Azərbaycandan olan qadınlar #MeToo (Mən də) haştağı ilə başlayan kampaniyaya qoşulublar.

Kampaniyanın iştirakçısı olan qadınlar xəstəxanalar, ictimai nəqliyyat və iş yerlərində cinsi təcavüzə məruz qaldıqlarını bildiriblər.

Paylaşımlar Azərbaycan dilində edilir.

Qeyd edək ki, 28 yaşlı Zəhra Nəvidpurun müəmmalı ölümündən sonra qadınların məruz qaldığı cinsi istismar və zorakılıq halları ilə bağlı məsələlər Güney Azərbaycanda gündəmə gəlib.

Zəhra bir neçə ay əvvəl İran parlamentinin deputatı Salman Xudadadinin ofisində onun tərəfindən təcavüzə uğradığını bildirmişdi.

57 yaşlı Salman Xudadadi vaxtilə İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) komandirlərindən biri olub. O, tərəfdarları arasında Hacı Salman adı ilə tanınır.

Xatırladaq ki, Məlikanın Təzəqala kənd sakini Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb. Onun qəsdən qətlə yetirildiyi iddia olunur.teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar