Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Putinin alman kəşfiyyatına aid vəsiqəsi üzə çıxdı - Kreml şərh verməkdən imtina etdi

Tarix: 11-12-2018 20:39     Baxış: 3245 A- / A+
Putinin alman kəşfiyyatına aid vəsiqəsi üzə çıxdı - Kreml şərh verməkdən imtina etdi

Ötən gün xarici mətbuatın ən geniş yer verdiyi mövzulardan biri Rusiya prezidentinin Almaniya kəşfiyyatı ilə əməkdaşlığını təısdiqləyən sənədin üzə çıxması olub.


Manevr.az
”azpolitika”ya istinadən xəbər verir ki, Almaniyanın məşhur "Bild” qəzeti Vladimir Putinə "Ştazi”nin(Almaniya kəşfiyyatı belə adlandırılır) 1985-1990-cı illərdə verdiyi məxfi vəsiqənin fotolarını yayımlayıb.

Xarici mətbuat yazır ki, həmin vəsiqə o vaxtlar SSRİ KQB-sində çalışan V.Putinin alman kəşfiyyatı ilə əməkdaşlığını təsdiqləmiş olur. Nədənsə indiyə qədər bu sənədin mövcudluğu barədə heç kimin xəbəri olmayıb.

"Bild” yazır ki, sözügedən vəsiqə "Ştazi”nin Drezden şəhər idarəsinin arxiv sənədləri yoxlanılarkən üzə çıxıb. Qəzet bildirir ki, buna qədər alman kəşfiyyatının hazırkı rəhbərliyi belə bu vəsiqənin mövcudluğundan xəbərsiz olub.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı ətraflı şərh verməkdən imtina edib və Xarici Kəşfiyyat İdarəsinə müraciət etməyi məsləhət bilib. Peskov sadəcə əlavə edib ki, həmin dövrdə SSRİ ilə Almaniya Demokratik Respublikasının(ADR) xüsusi xidmət orqanlarının sıx əməkdaşlığı mövcud olub. Və buna görə də o illərdə Almaniyada işləmiş V.Putinə belə bir vəsiqənin verilməsi mümkün idi.

Xatırladaq ki, Rusiyanın hazırkı prezidenti 1985-1990-cı illərdə KQB əməkdaşı qismində Almaniyanın Drezden şəhərində çalışıb. Həmin dövrdə "podpolkoivnik” rütbəsi alan Putin hətta "ADR ordusu qarşısında xidmətlərinə görə” bürünc medalla təltif olunub və şöbə rəisinin köməkçisi vəzifəsinə qədər yüksəlib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar