Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ana doğma qızını 69 il sonra tapdı

Tarix: 10-12-2018 15:23     Baxış: 4201 A- / A+
Ana doğma qızını 69 il sonra tapdı

Konni Maultrup (Connie Moultroup) 1949-cu ildə anadan olub və övladlığa götürülənə qədər uşaq evində böyüyüb. Beş yaşı olarkən ögey anası xərçəng xəstəliyindən dünyasını dəyişib. Ögey atasının yeni həyat yoldaşı isə Konni ilə pis davranırmış. Maultrup bütün həyatı boyu doğma valideynlərini tapmağı arzulayıb, lakin bunu edə bilməyib.

Mynews.az-ın xəbərinə görə, bu barədə CNN məlumat yayıb.

Bir il əvvəl qızı ona Ancestry.com saytına abunəlik hədiyyə edib. Bu sayt DNT testi vasitəsilə qohumları tapmağa kömək edir. Bu xidmət vasitəsilə qadın uzaq qohumlarından birini taparaq onunla ünsiyyət qurub və anası haqda soruşub.

“Mən dedim ki, anamın adı Ceneviv Pyurinton idi (Genevieve Purinton)”, - deyə Maultrup bildirib. Qohumu isə ona: “Bu ki mənim xalamdır. Və o, hələ də yaşayır”, - cavabını verib.

88 yaşlı Ceneviv Pyurinton tək yaşayırmış. Məlum olub ki, Konninin doğulduğu İndiana xəstəxanasının əməkdaşları ona uşağın doğuş zamanı öldüyünü deyiblər.

“O, ailəli olmadığı üçün, ona mənim öldüyümü deyiblər. O yaşayırmış və mənim barəmdə heç xəbəri yox imiş”, - deyə Maultrup davam edib.

ABŞ-da 1973-cü ildə Ali Məhkəmə abortları qanuniləşdirənə qədər nikahsız doğulan uşaqların analarından zorla ayrılması geniş yayılmış praktika idi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar