Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İvanişvili 600 min insanın borcunu affekt vəziyyətində silib - Şok

Tarix: 21-11-2018 13:15     Baxış: 2215 A- / A+
İvanişvili 600 min insanın borcunu affekt vəziyyətində silib - Şok

Gürcüstanda əhalinin banka borclarının qapadılması prosesi iqtisadiyyatı sağlamlaşdırmayacaq, əksinə ona zərər verəcək.

Manevr.az xəbər verir ki, bunu “Kviris Palitra” qəzetinə müsahibəsində gürcü iqtisadçı, SOCAR-ın eks-müşaviri Giya Xuxaşvili deyib. Onun sözlərinə görə, bu qərar İvanişviliyə xarakterik deyil.

O, İvanişvilinin bu qərarın qəbulu zamanı affekt vəziyyətində olduğunu deyib:

“Əgər onlar borcların ləğvi məsələsi üzərində çoxdan işləyirdilərsə və bu, siyasi gündəmlə bağlı deyildisə, o zaman bu qərarı daha əvvəl və ya seçkidən sonra vermiş olardılar. Bu addım seçkiyə bir həftə qalmış atılır. Bu isə cəmiyyətdə bunun sadəcə siyasi addım olmasıyla bağlı fikir yaradacaq.

Belə yanaşma insanları banklara borclarını ödəməməklə bağlı stimullaşdıra bilər. Belə ki, insanlar hər dəfəsində öz borclarıyla bağlı siyasi böhranlara ümid bəsləyə bilərlər. Biz tezliklə daha böyük “qara siyahı” qazanacağıq. Bu, iqtisadiyyata zərbə vuracaq”.

Qeyd edək ki, Gürcüstanda 600 min şəxsin banklara kredit borcu silinib. Beləliklə, həmin şəxslər bankların qara siyahısından çıxarılıb və onlar artıq 2019-cu ilin yanvarından yenə də kredit götürə biləcəklər.

Borcları Gürcüstanın “boz kardinalı” İvanaşvilinin “Kartu” Fondu üzərinə götürüb. Bunun üçün Fond banklara 562 milyon dollar ödəyəcək./axar.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar