Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

KQB-nin şagird əməliyyatı: ABŞ səfirliyi 8 il necə dinlənildi? - İnanılmaz FAKTLAR

Tarix: 21-11-2018 09:57     Baxış: 4484 A- / A+
KQB-nin şagird əməliyyatı: ABŞ səfirliyi 8 il necə dinlənildi? - İnanılmaz FAKTLAR

SSRİ lideri İosif Stalin ABŞ-ın Moskvadakı səfirliyini düz 8 il dinləyib. Bu müddətdə 4 səfir dəyişilsə də, sovet kəşfiyyatı onları dinləməkdə davam edib.


Manevr.az
xəbər verir ki, sovet KQB-si ABŞ-ın Moskvadakı səfirliyini dinləmək üçün şagirdlərdən istifadə edib.

Bir neçə il əvvəl Rusiya mediası əfsanəvi KQB agenti Vadim Qonçarovun həyatı haqqında məqalə çap edib. Bu məqalədən aydın olur ki, Vadim Qonçarov Stalinin təlimatı ilə ABŞ səfirliyini dinləmək məqsədilə əməliyyat hazırlayıb.

Əməliyyatda ibtidai sinif şagirdlərindən istifadə edilib. 1945-ci il fevralın 9-da Krımdakı "Artek" pioner düşərgəsinin açılışı mərasimi təşkil olunur. Mərasimə o dövrdə ABŞ-ın Moskvadakı səfiri A.Harriman da dəvət olunur. Səfir sovet şagirdlərini ziyarət edir. Bu görüşdə şagirdlər səfirə çox dəyərli bir hədiyyə verirlər. Hədiyyə ağacdan düzəldilən Amerika əsgərinin heykəli olur. KQB-nin şagirdlər vasitəsilə səfirə verdiyi hədiyyənin içində gizli dinləmə cihazı da yerləşdirilir.

Moskvaya qayıdan Amerika səfiri bu maraqlı hədiyyəni öz kabinetində saxlayır. Sonradan ABŞ-ın SSRİ üzrə 4 səfiri dəyişsə də, bu “qiymətli” hədiyyə səfir otağını bəzəməkdə davam edir. Beləliklə, səfirliyi 8 il müddətində rahatlıqla dinləyən Kreml Vaşinqtonla əlaqəli məxfi informasiyalara sahib olur. İnformasiyanın haradan sızdığını tapa bilməyən Amerika tərəfi ciddi narahatlıq keçirir.

Sonradan Mərkəzi Kəşfiyyat İdarəsi Moskvadakı diplomatik korpusa mütəxəssislər və xüsusi cihazlar göndərir. “Zəif nöqtə”ni aşkar etmək məqsədilə səfirlikdə yazışmalar sürətləndirilir. KQB agenti Qonçarov səfirlikdə yerləşdirilən dinləmə cihazını aktiv hala gətirərək orada aparılan işləri müəyyən etməyə çalışır. Bu zaman ABŞ kəşfiyyatı KQB-nin dinləyici qurğusunun səfirin kabinetində olduğunu müəyyən edir. Beləcə, səfirin otağındakı taxta hədiyyənin içindəki dinləmə qurğusu aşkar edilir.

Ancaq qəribədir ki, Vaşinqton bu hadisəni 1960-cı ilə qədər mətbuatdan gizli saxlayır. 1960-cı ildə dinləyici qurğunun yerləşdirildiyi taxta hədiyyəni Birləşmiş Millətlər Təşkilatının kürsüsundə nümayiş etdirən Vaşinqton Sovet İttifaqının casusluq fəaliyyətini sübut etməyə çalışır.

Hazırda bu cihazın Mərkəzi Kəşfiyyat İdarəsinin muzeyində saxlanıldığı bildirilir.

Sonradan aydın olur ki, Vadim Qonçarov SSRİ-yə səfər edən Qərbin yüksək səviyyəli nümayəndələrinin qaldığı otellərə də analoji dinləmə cihazları yerləşdirərək onları dinləyə bilib./teleqraf.com
KQB-nin şagird əməliyyatı: ABŞ səfirliyi 8 il necə dinlənildi? - İnanılmaz FAKTLAR




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar