Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Stiven Hokinqin son nəzəriyyəsi: kainat sonsuz deyil

Tarix: 04-05-2018 12:44     Baxış: 3480 A- / A+
Stiven Hokinqin son nəzəriyyəsi: kainat sonsuz deyil


Məşhur fizik Stiven Hokinqin ölümündən öncə Tomas Herdoqla birgə yazdığı son məqaləsi yayımlanıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, son araşdırmasında Hokinq "çoxlu kainat" nəzəriyyəsinə fərqli mövqedən yanaşaraq, kainatın yerləşməsinə dair yeni fikirlər ortaya qoyub.

Müasir fizika elmi kainatın yaranması ilə bağlı bir çox nəzəriyyə irəli sürür. Bunlardan ən başlıcası, "Big Bang" (Böyük Partlayış) nəzəriyyəsidir ki, burada böyük partlayış hadisəsindən sonra kainatın sürətlə genişlənməsi, yeni kainatların yaranması və bu kainatların kosmosda yayılmasıdır.

Hokinqin son məqaləsi isə bu nəzəriyyəni bir addım da irəli aparır. Belə ki, Hokinqin Herdoqla birgə yaratdığı yeni nəzəriyyədə kainatın qarışıq olması ilə bağlı fikirlər rədd edilir və əvvəlki nəzəriyyələrin əksinə olaraq yaşadığımız kainatın və paralel kainatların sonsuz fraktal ("fraktus” latınca sınmış, qırılmış deməkdir. Klassik həndəsədəki formalar düz xətt, müstəvi, üçbucaq və konuslardan ibarətdir, lakin dünyanın mürəkkəb quruluşunu anlamaq və modelləşdirmək üçün bu formalar kifayət etmir - red.) struktura malik olmadığı qeyd olunur.

Məqalədə kosmosda fərqli fizika qanunlarının keçərli olduğu paralel kainatların olması nəzəriyyəsinin yerinə, bu alternativ kainatların əslində bir-birlərindən çox da fərqli olmadığı bildirilir.
Kainat sonsuz deyil, onun da bir sərhəddi var
Hokinq kainatın sonsuz olmadığını və paralel kainatların müəyyən bir quruluşa malik olduğunu iddia edib.

Herdoq bu nəzəriyyənin kosmonavtika sahəsində önəmini vurğulayaraq, fiziklərin onu sınaqdan keçirə biləcəklərini deyib. O, bu nəzəriyyənin əvvəlki nəzəriyyələrin də sınaqdan keçirilməsinə böyük töhfə verəcəyini dilə gətirib.

Alimlər Hokinq və Herdoq tərəfindən yaradılan nəzəriyyənin daha öncəki nəzəriyyələrə meydan oxuduğunu və axır ki, Albert Eynşteynin yaşı 14 milyard il olduğu dediyi kainatın necə yaranması ilə bağlı suallara cavab tapıla biləcəyini ümid edirlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar