Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Balamı gözümün qarşısında oda atdılar...” - Dəhşətlərin şahidi

Tarix: 18-10-2017 11:04     Baxış: 5258 A- / A+
“Balamı gözümün qarşısında oda atdılar...”
“İndi mənə elə gəlir ki, özüm içimdən yanıram...”
Myanmarda soyqırıma məruz qalaraq qovulan yüz minlərlə Arakan sakinlərindən biri ürək dağlayan səhnələr anlatdı.

Moderator.az yazır ki, hazırda Banqladeşdə məskunlaşmış Racuma adlı didərgin müsəlman ana “Əl-Cəzirə” telekanalına başına gətirilənləri nəql edib.

Günlərin bir günü Racumanın Rakxayn ştatındakı doğma Tula Tuli kəndinə Myanmar hərbçiləri gəlir.”Əsgərlər məni vuranda körpəm qucağımda idi. Onu yerə saldılar. Bir neçə dəqiqədən sonra bildim ki, balamı da döyürlər...” Göz yaşları ananı boğur - danışa bilmir... Daha sonra evlərinə od vuran əsgərlər onun Sadiq adlı yaş yarımlıq oğlunu gözünün qarşısında alovların içərisinə atırlar. Racumanın özünü isə qrup şəklində zorlayırlar...

Balasından savayı anası, bacıları və kiçik qardaşı qətlə yetirilmiş müsəlman ananın son sözləri bu olur:”Balamı gözümün qarşısında oda atdılar... İndi mənə elə gəlir ki, özüm içimdən yanıram...”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar