Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Terror aktı törətmək istəyən ingilis qadın öldürüldü

Tarix: 12-10-2017 09:37     Baxış: 3287 A- / A+
Terror aktı törətmək istəyən ingilis qadın öldürüldü
Suriyada İŞİD-ə qoşulmuş “ağ dul qadın” ləqəbli Böyük Britaniya vətəndaşı Salli Cons öldürülüb.
Manevr.az xəbər verir ki, bu barədə “Times” qəzeti yazıb. Salli Cons Rakka şəhərində ABŞ-a məxsus pilotsuz uçuş aparatın (PUA) endirdiyi zərbə nəticəsində məhv edilib. Terrorçu qadınla birgə onun 12 yaşlı oğul övladı da ölüb.
Dörd il əvvəl 45 yaşlı Salli Cons Birminqem şəhərindən olan Cüneyd Hüseynə ərə gedərək Suriyaya üz tutub. Avropa vətəndaşlarını İŞİD terror təşkilatına cəlb edən əsas şəxs kimi tanınan Cüneyd Hüseynin azı 12 terror aktında əli olduğu məlum olub.
2015-ci ildə C.Hüseyn pilotsuz uçuş aparatı tərəfindən vurularaq məhv edilib. Onun ölümünə görə intiqam almaq istədiyini bəyan edən S.Cons Qərb ölkələrində terror aktları planlaşdıran diversant qrupuna rəhbərlik etdiyini bəyan edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar