Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ölümlər, ölkənin parçalanması, Ərdoğanı əvəz edəcək ŞƏXS ... - Türkiyə üçün DƏHŞƏTLİ SSENARİ

Tarix: 10-10-2017 14:47     Baxış: 4298 A- / A+
Ölümlər, ölkənin parçalanması, Ərdoğanı əvəz edəcək ŞƏXS


Türkiyə və ABŞ arasında viza problemi ölkələr arasındakı münasibətləri getdikcə gərginləşdirir. Ölkələr arasında münasibətlərin inkişafı Rusiyada daha diqqətlə izlənilir. Təxminlərə görə, Vaşinqton-Ankara xəttində gərginliyin təməl səbəblərindən biri məhz son zamanlar Rusiya və Türkiyə arasındakı yaxınlaşmadır.
Publika.az xəbər verir ki, viza problemini qiymətləndirən “Rossia Today” (RT) kanalının rəsmi saytının köşə yazarı İqor Molotov Türkiyənin gerçək müstəqillik yolunda addımlar ataraq Yaxın Şərqin təməl gücü halına gəldiyini bildirib.
Onun sözlərinə görə, mənz bu məqam ABŞ tərəfindən xoş qarşılana bilməz.
“ABŞ prezidenti Donald Trampın prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra söhbətin yaxşı keçdiyini deyərək öyündüyünü hər kəs çox yaxşı xatırlayır. Ərdoğan o görüşdən çıxanda yorğun görünürdü. Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra isə tamamilə fərqli mənzərəni izlədik. Hər iki lider Yaxın Şərqin yeni tarixini açıb. Bu mənzərəni seyr etməkdən doymaq olmazdı: diqqətli Putin və güclü Ərdoğan. Donaldın Ərdoğanla razılaşa bilmədiyi aydın olmuşdu”, - o yazıb.
İ.Molotovun sözlərinə görə, Türkiyə və ABŞ arasında viza probleminin əsas səbəbi NATO tərəfdarı olan güclərin təşkil etdiyi 15 iyul dövlət çevrilişinə cəhddə ABŞ-ın də barmağı olduğuna dair güclü dəlillərin olmasıdır. Müəllif gizli xidmətlərin hədəfində olan və döyüş helikopterlerinin hücumuna uğrayan Ərdoğana Putinin kömək əli uzatdığını xatırladıb.
“Çevriliş cəhdinin arxasında ABŞ-ın olduğu uzun müddətdir ifadə edilir. Vaşinqton Ərdoğanın müstəqilliyindən, həmçinin Rusiya ilə hərbi və siyasi ittifaqdan çox narahatdır. ABŞ və Avropada Ərdoğanın devrilməsi üçün informasiya dəstəyi hazırlandı. Qərb jurnalistlərinin Ərdoğana qarşı etdikləri jurnalistikadan kənar idi. Türk liderinə qarşı qəsdli şəkildə bir hücum həyata keçirildi”, - yazar qeyd edib.
Molotov hesab edir ki, qarşıdurmanın düyünü ABŞ-ın İstanbul konsulluğunun işçisi Mətin Topuzun ötən həftə nəzarətə alınması ilə çözülməyə başlanıb:
“Topuzun amerikalı agent Fətullah Gülənlə əlaqəsi olduğu hesab edilir. ABŞ Ərdoğanı devirdikdən sonra onu Gülənlə əvəz etməyi planlaşdırırdı. Əks halda, Ərdoğan bu addımı atmazdı: ABŞ-a vizaları dayandırmaq bir zarafat deyil. Hazırda Topuzun ifadəsi alınır və hesab edirəm ki, bizi 15 iyul gecəsi ilə əlaqədar maraqlı detallar gözləyir. ABŞ Türkiyəyə vizaların verilməsini dayandırmaqla çürümüş taxtaya ayağını basdı. Müxalifət nümayəndələrinin ölkədən kənara çıxa bilməməsi NATO tərəfdarı olan qüvvələri sıxışdıran Ərdoğanın əlinə oynayır. Artıq heç kim okeanın digər tərəfinə qaça bilməyəcək. Göründüyü kimi, agentlərin olduğu hökumətdə böyük dəyişikliklər ediləcək”.
Müəllifin fikrincə, gözümüzün qarşısında yeni və görünməmiş bir Türkiyə doğulur:
“Bu Türkiyə tezliklə bölgədə əsas müzakirəçi tərəf olacaq. Türkiyə müsəlman Şərqin adından danışa bilər. Ərdoğan türk torpaqlarını bir araya gətirən şəxs kimi tarixə keçəcək. Ankara-Moskva-Tehran konfiqurasiyası ABŞ-ın Yaxın Şərqdəki maraqları üçün bir kabusdur. Bu konfiqurasiyaya Qərb düşərgəsinin necə reaksiya verəcəyini bilmək üçün bir kahin olmaq lazım deyil. Jurnalistlər ordusu ABŞ-ın ötürməsi ilə yeni Səddam Hüseyni təqdim etməyə hazırdır. Türkiyənin Avropa İttifaqına üzvlüyü unutmağının vaxtı artıq gəlib. Bundan başqa, bütün dünya artıq ABŞ vədlərinin dəyərini bilir. ABŞ müttəfiqlərini hər zaman yarı yolda qoyur, bu da ölümlərə və ölkənin parçalanmasına gətirib çıxarır”.
Türkiyənin əsl müstəqilliyinə doğru ilk addımlarını müşahidə etdiklərini qeyd edən Molotov bunun Rusiya üçün yaxşı xəbər olduğunu düşünür.
“Çünki Ərdoğan ABŞ-ın qaydaları ilə oynamaq istəmədiyini göstərdi. Donald Tramp türk liderini satın ala bilmədi. İndi Ərdoğan ölkə daxilində də hücumlara məruz qalacaq.Yeni dollarların indidən ölkəyə qeyri- qanuni daxil olduğunu düşünürəm. Bu gün gerçək bir tarixin şahidi oluruq”, - rus yazar yekunlaşdırıb.
Ömər Dağlı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar