Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan Kürdüstana hərbi qüvvə göndərir

Tarix: 06-10-2017 15:14     Baxış: 4552 A- / A+
Ermənistan Kürdüstana hərbi qüvvə göndərir


Azərbaycan ikinci Qarabağ işğalı ilə üzləşə bilər.
Ermənistanda ət sürətlə bahalaşaraq kilosu 5 min drama (18 manata) satılmağa başlayıb və erməni KİV-ləri bunu İrəvanın Bərzani rejiminə maddi dəstəyi ilə əlaqələndirirlər.

İstiPress-in məlumatına görə, bu məsələyə xüsusi məqalə həsr etmiş “Jamanak” və “Qraparak” qəzetləri bildirirlər ki, bu, Sarkisyan rejiminin müstəqilliklə bağlı referendum keçirdikdən sonra İraq, Türkiyə və İran tərəfindən blokadaya alınan İraq Kürdüstanını ərzaq qıtlığından xilas etmək məqsədi daşıyır.
İrəvan bir çox vacib mallarla yanaşı, Ərbilə ət də göndərməyi qərara alıb. Qəzetlərin yadığına görə, bu işə meqa-maqnat Samvel Aleksanyan rəhbərlik edir. Rəsmi İrəvan ona İraq Kürdüstanının müstəqillik qazanmasına yardım etməyi tapşırıb. Samvel Aleksanyan tez-tez Ərbilə uçur və o, İraq Kürdüstanında spirt, meyvə şirəsi, araq və s. istehsal edən fabrikə sahibdir.
Ermənistanın İraq Kürdüstanının müstəqilliyinə dəstək verməsinin kökündə Qarabağ məsələsi dayanır. Erməni rəhbərliyinin fikrincə, əgər Kürdüstan öz müstəqilliyini dünya birliyinə qəbul etdirə bilərsə, bu, Qarabağ üçün də presedent ola bilər. Buna görə də ermənilər hətta Birinci Dünya müharibəsində Osmanlı hakimiyyəti tərəfindən müharibə zonasından köçürülən ermənilərə kürd süvariləri tərəfindən edilmiş hücumları da unudurlar. Həmin hücumlar zamanı 800 minə yaxın erməninin öldüyü güman edilir.
Lakin istənilən halda bu, ermənilərin rus işğalından istifadə edən ermənilərin Osmanlı vilayətlərində qətlə yetirdiyi türk, kürd və çərkəzlərin toplam sayından 3 dəfəyə qədər aşağıdır. Müxtəlif versiyalara görə, həmin illərdə ermənilər 2,5 milyona yaxın müsəlman öldürmüşdülər. Müharibədən geri qayıdan kürd süvarilər kəndlərdə və şəhərlərdə müsəlmanların başına gələnlərdən dəhşətə gəlmiş və affekt vəziyyətdə qisas üçün ermənilərə hücum etmişdilər. 1918-1920-ci illərdə indiki Ermənistan ərazisinə qaçqın kimi sığınmış 250 min erməni bunu unutmurdu və yaşlı ermənilər 1970-ci ildə “bizi kürd qırdı” deyə xatırlayırdılar. Amma belə görünür ki, sonradan bu xatirələr unuduldu və “Böyük Ermənistan” paranoyasının tərəfdarları öz məqsədlərinə çatmaq üçün bəzi separatçı kürdlərdən də istifadə etməyə başladılar.



Məsələn, 1980-ci illərdə Əli-Bayramlıda milis mayoru olmuş kürd separatçısı Vəkil Mustafayev Qarabağ separatçılarının liderlərindən biri Robert Koçaryanla yaxın dost olub, vəsiqəsindən və bölgədəki bəzi əlaltılarından istifadə edərək, 1988-1992-ci illərdə Ermənistandan gətirilən silahları Dağlıq Qarabağa keçirməklə ermənilərə xidmət göstərmişdi. O vaxt Dağlıq Qarabağ Azərbaycandan ayrılmasını bəyan edəndən sonra Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında da Qızıl Kürdüstan dövləti elan edilməli imiş və Vəkil Mustafayev də həmin respublikanın baş naziri olmalı imiş. Lakin Laçının bir neçə kəndində yaşayan kürdlər Vəkil Mustafayevin avantürasına getmədilər və işğal ərəfəsi azərbaycanlılarla birlikdə Laçını tərk etdilər.
Amma Vəkil Mustafayev fikrindən əl çəkmədi və Laçının işğalından sonra iyun ayında İrəvandan gəlmiş bir neçə yəzdi ilə birlikdə Qızıl Kürdüstan dövlətini elan edir. Daha sonra bölgənin qaçqın əhalisinə ismarış göndərərək Gürcüstan vasitəsi ilə geri qayıtmağa çağırır. Amma buna nail ola bilmir. Sonradan bu barədə xatirələrini danışan Vəkil Mustafayev dolayısı ilə həmin vaxt Məsud Bərzaninin dediyi ilə oturub-durduğunu vurğulayır. Başqa şəxslər də Məsud Bərzaninin Zəngəzur bölgəsinin işğal ediləcəyini əvvəlcədən bildiyini deyirlər. Qarabağın işğalında Bərzaniyə bağlı qüvvələrin iştirakı məsələsi yenidən öyrənilməlidir.

Ermənistan Kürdüstana hərbi qüvvə göndərir


Bərzaninin traktordan düzəltmə “tankı”
Bir sözlə, ermənilər indi 25 il qabaq aldıqları dəstəyin əvəzini qaytarırlar. Amma belə görünür ki, bu kömək təkcə qida yardımı ilə bitmir və Ermənistan Ərbilə hərbi texnika da göndərir. Hazırda Məsud Bərzaniyə bağlı 80 minlik bir ordunun olduğu iddia edilir, yaxın illərdə bu ordunun 200 min nəfərə çatdırılacağı da iddia edilir. Amma müasir standartlarla araşdırdıqda bunun ordu yox, orduya bənzər piyda birləşmələri olduğunu görmək olar. Bu, ordunun əsas silahları avtomat tüfənglərdən və pulemyotlardan ibarətdir. Bir neçə il qabaq ümumiyyətlə peşmərgə ordusunun topu və tankı yox idi. Peşmərgələr zəncirli traktorların, yük maşınlarının üzərinə pulemyot quraşdıraraq üstünü metal lövhələrlə bağlayırdılar və sosial şəbəkələrdə bu peşmərgə “tankları” blogerlərin əsas məsxərə obyekti idi. Təbii ki, belə “ordu” yalnız silahsız dinc əhali “döyüşə” qadirdir. Normal ordu ilə üzləşməyə heç zaman cürət edə bilməz.
Amma indi Bərzani ordusu ağır texnikasının – T-72 və T-55 tanklarının olduğunu iddia edirlər. Böyük ehtimalla, həmin tankları Ermənistandan alıblar və ermənilər Rusiyadan ucuz qiymətə aldıqları silahları bir hissəsini bazar qiymətindən bir neçə dəfə baha qiymətə Ərbilə sata bilərlər. Ermənistanın hərbi büdcəsinin 2018-ci ildə 17,6% artırılaraq 518 milyon dollara qaldırılması da bununla bağlı ola bilər. Ola bilər ki, Ermənistan peşmərgə ordusunda daha bir neçə tank satmağı, həmçinin hərbi texnikaya xidmət üçün ehtiyat hissələri və s. satmağı planlaşdırılır.
Azərbaycan və Türkiyə bu məsələyə xüsusi diqqət yetirməlidir. Məsud Bərzaninin ətrafındakıların çəkdiyi xəritələrdə Azərbaycanın Zəngəzur bölgəsi, Naxçıvanın bir hissəsinin, eyni zamanda Cənubi Azərbaycanın Urmiya vilayəti və Təbriz vilayətinin bir hissəsinin utopik “Böyük Kürdüstan”a daxil edilməsi planlaşdırılır. Təbii ki, Ərbil rejiminin ermənilərin vasitəsi ilə ələ keçirdiyi silahlar sadalanan bölgələrin dinc azərbaycanlı əhalisinə qarşı yönələcək. Bundan isə nə kürdlər, nə də azərbaycanlılar xoşbəxt olmayacaq, yalnız ermənilər qazanacaq.
Azərbaycan bu arzuolunmaz perspektivdən az itki ilə xilas olmaq üçün yuxarıda sadalanan bölgələri yaxından tanıyan elit hərbçi dəstələri yaratmalıdır. Əks halda, həmin bölgələrin dinc azərbaycanlı əhalisi 1988-1992-ci illərdə Dağlıq Qarabağın və ətraf rayonların əhalisinin yaşadığı taleni yaşamalı olacaqlar. Bizə ikinci Qarabağ faciəsi lazım deyil!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar