Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı alim yeni Nobel mükafatçılarından danışdı - FOTOLAR

Tarix: 03-10-2017 16:48     Baxış: 3390 A- / A+
 Azərbaycanlı alim yeni Nobel mükafatçılarından danışdı
 Azərbaycanlı alim yeni Nobel mükafatçılarından danışdı

Dünən 2017-ci ilin ilk Nobel mükafatçılarının adları məlum oldu. Amerikalı alimlər Cefri Holl, Maykl Rosbaş və Maykl Yanq tibb nominasiyasında qrup halında ilin ilk Nobelinə sahibləndilər.

Hazırda Almaniyada yaşayan azərbaycanlı alim Pərviz Əmiraslan yni mükafatçılar, onları Nobelə aparan elmi ideyaları və bir müddət öncə özünün də əldə etdiyi patent haqqında məlumat yayıb:

“2017-ci ilin tibb üzrə Nobel mükafatını üç ABŞ tədqiqatçısı - Jeffrey C. Hall, Michael Rosbash və Michael W. Young canlıların bioritmini nəzarət edən daxili saatın (yəni, bioloji saat) işlədilməsinə dair araşdırmaları üçün aldılar. Ancaq təbrik düşür. Mən başqalarını düşünmüşdüm. Amma, bu da maraqlı və böyük mükafata layiq idi.

Circadian təsirlə bağlı bir neçə il öncə bir böyük elmi qrupdan ibarət tədqiqat işi üçün elmi nəticə almışdıq və nəticə olaraq firma-daxili patent aldım. Firma-daxili patent registerdə yerləşdirilib. Hələlik, 8 il müddətinə qədər qalacaq, sonra yayımlanacaq. Yəni tətbiqinin üzərində işlərimiz davam edir. Bu haqda bir məqaləmdə qısaca vermişdim.

Biloji saata işığın rəngləri (fiziklər üçün işığın dalğa uzunluğunu göstərmək olar) və işığın seli ilə təsir etmək mümkündür. Bunu biz yox, bizdən öncə elmi cəhətdən sübut etmişlər. Bu nəticələrdən hal hazırda avtomobil sənayesində istifadə etmişik. Son zamanlarda tibb və fizika, kimya kimi fundamental elmi istiqamətlər texnikada geniş tətbiq tapır. Bu tətbiqi daha da sürətləndirməyə çalışırıq”.

Qeyd edək ki, Almaniyada çalışan azərbaycanlı alim Pərviz Əmiraslanov Braunşvayq Texniki Universitetində Honorar olaraq tələbə və aspirantlar üçün mühazirələr, elmi seminarlar, kolloqiumlar təşkil edir.moderator.az


Manevr.az

 Azərbaycanlı alim yeni Nobel mükafatçılarından danışdı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar