Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

h

Tarix: 26-02-2020 18:04     Baxış: 139 A- / A+
Rəcəb Tayyib Ərdoğan: "Qarabağ probleminin həll edilməsi ən böyük arzumuzdur"

Qardaş Türkiyə Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanın yanında olub. Və bu münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq və razılaşmalara əsasən sülh və danışıqlar yolu ilə həllini dəstəkləyir. İllərdir ki, Türkiyə Cümhuriyyətinin dövlət rəsmiləri qəti mövqe sərgilədilər: "Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, bu ölkə ilə hər hansı bir diplomatik əlaqələrdən və ya sərhədlərin açılmasından söhbət gedə bilməz". Hər zaman qətiyyərlə qeyd olunur ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından keçir. Beləliklə, Türkiyə-Ermənistan sərhədlərinin 1993-cü ildə bağlanmasının əsas səbəbinin mahiyyəti aydın olur: Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə, Türkiyə Ermənistanla sərhədlərini bağlayıb və bütün diplomatik əlaqələri kəsib. Hətta, beynəlxalq qrumlar Türkiyəyə Ermənistanla sərhədləri açmaqla əlaqədar təzyiqlər göstərsə də, buna nail olmadılar. Bu da Türkiyə-Azərbaycan qardaşlığının əbədi və daimi olduğununun əyani göstəricisidir.
Bu günlərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirildi. Görüş çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanın "mərhum Bəxtiyar Vahabzadənin “Anam” dediyi Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir" deməsi bir daha yuxarıda sadaladıqlarımıza sübutdur: "Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur. Azərbaycana bu haqlı mübarizəsində verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik. Minsk qrupunun bu məsələdə təəssüf ki, səmimi davranmadığını da açıq şəkildə ifadə edirəm. Çünki təxminən 25 il vaxt itirilib. Nə üçün və nəyə görə heç bir nəticəyə nail olunmur. Təbii ki, bunun üzərində də dayanmaq lazımdır" söyləməsi, münaqişənin bilavasitə həlli ilə məşğul olan Minsk qrupununa həm də bir mesaj idi.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti böyük fəlakətə, bəlalara gətirib çıxardıb. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana torpaqlarının 20 faizi işğal altındadır və Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılıb. 1 milyondan çox azərbaycanlı öz doğma torpağında köçkün vəziyyətinə düşüb. Bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı qərar və qətnamələr qəbul ediblər. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Ancaq qətnamələrin qəbul olunmasından 27 il keçsə də, Ermənistan bu qətnamələri yerinə yetirmir.

Bu gün Azərbaycan-Türkiyə arasında olan xoş münasibətlər bir daha təsdiqləyir ki, iki qardaş ölkə bir-birinə qrılmaz tellərlə bağlıdır. Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" - dediyi hikmətli sözlər, bu gün hər bir türk vətəndaşının qəlbində dərin iz buraxıb və yaddaşına əbədi olaraq yazılıb. Dostluğumuz, qardaşlığımız əbədi olsun!

Namig Delidağli

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar