Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tarix: 04-11-2019 20:05     Baxış: 106 A- / A+
“Aslanın erkəyi, dişisi olmaz” deyib atalar. Bəlkə də atalar bunu döyüşçü qadınlar üçün deyib, bilmirəm, ancaq hər halda bir yaranış səbəbi vardır. Ataların bu sözünü dəstəkləyərək gündəmə gətirməyimin səbəbi isə bax, o aslan kimi qadınlardan biridir. Bu atalar sözü əyninə biçilmiş onlarla, yüzlərlə qadın var ki, ömür vəfa etsə boyasız qələmimlə onların da “rəsmini çəkməyi” düşünürəm. Adını çoxdan eşidib, imzasıyla daha əvvəldən tanış olsam da şəxsini son illərdə tanımışam. Və nədənsə ilk gördüyüm andan söhbətləri, həyatsevərliyi, müasir düşüncəsi və bir də içdənliyi onunla aramızda bir doğmalıq, yaxınlıq körpüsü salıb. Pafossuz Vətən sevgisi, əli- könlü açıq, sözü-özü bütöv bir qadındı qəhrəmanım. Bu qədər doğmalığa, sevgiyə rəğmən onu necə təqdim edəcəyimi bilmirəm. Adının önündə çəkə biləcəyim titullar öz yerində, gördüyü işlərin sıralanmasına nəzər yetirəndə... bax budu çətinliyim. Xeyriyyəçi deyim, işgüzar qadın deyim, jurnalist deyim... Yaxşısı budu mən onu sadə adıyla təqdim edim. Müsahibim zamanın ələyindən, dövranın kələyindən, qələm- söz döyüşündən üzüağ çıxmış jurnalist Zümrüd Baloğlanovadı.

Manevr.az əməkdaşımızın jurnalist Zümrüd Baloğlanova ilə müsahibəsini təqdim edir:

- Xoş gördük, Zümrüd xanım! Söhbətə hardan-necə başlamaq çətinliyim olmasa da, sizi təqdim etməkdə çətinlik çəkdim. Çoxşaxəli fəaliyyətinizi nəzərə alsaq necə, daha doğrusu, kim kimi təqdim olunmaq istərdiniz?

-Hər halda gözümün nurunu, beynimin ziyasını, qolumun gücünü sərf etdiyim jurnalistlik peşəsii ömrümün qayəsidir.

-Mən sizi “Aslanın erkəyi, dişisi olmaz” donunda görürəm və düşünürəm ki, sizi tanıyan hər kəs mənimlə razıdır. Siz nə düşünürsünüz?

-İt ilində, Şir bürcündə doğulandan bundan artıq nə gözləmək olar ki?! Hər ikisi hücum mövqeyində dayanan canlılardır. Məndə də bu canlılardan güclü əsər-əlamət var, sona qədər düzgün bildiyimin yanındayam, müdafiəçisiyəm, istər insan, istər hadisə olsun. Heç nədən qorxmaz və çəkilməzəm.

-Xarakterinizlə peşəniz arasındakı oxşarlıq və sıx bağlılıq bütövlüyünüzü gün işığı kimi aydın göstərir. O üzdənmi jurnalist olmağı seçmisiniz?

-

-”Kirpi”nin küləyi hələ də başlar üstündə əsir... sosial şəbəkədə tez-tez “tikan”larınız görünür...



-Özünəməxsus sarkazm, sətiraltılar, ciddi “zarafat”lar hələ də qığılcımlanan “Kirpi”ocağının şöləsidi, yoxsa, siz elə bu idiniz?

-Sarkazm, hadısələrə rişxəndli və ayıq münasibət, karikatur bənzətməli əhvalatlar mənim indi də danışıq tərzimdir, istəsəm də- istəməsəm də bu mənim illərdən keçib gələrək canımda-qanımda formalaşan bu tövr davranışımdır.
ARAYIŞ: 1961-ci ildə Lenin rayonunun C. Cabbarlı adına 187 nömrəli eksperimental məktəi Bakının say-seçmə məktəblərindən olduğuna görə iş təcrübəsini yaymaq məqsədilə “Gözəl ənənələr” adlı kitab buraxılmışdı. 7-ci sinfdə oxuyurdum onda, Füzuli, Cavid, Müşfiq pərəstişkarı idim. Cavidlə Müşfiq yenicə reablitasiya olub bəraət almışdılar. Məktəb direktorumuz – sonradan Əliağa Vahid yaradıcılığından dissertasiya müdafiə edib alimlik dərəcəsi almış Məmməd Məmmədov Cavid və Müşfiq yaradıcılığını ədəbiyyat dərnəyində bizə cani-dildən öyrədirdi. Başqa bir ədəbiyyat dərnəyinə isə Şərəf müəllimə rəhbərlik edirdi. Hər iki dərnəkdə iştirak edib öz aləmimdə müqayisəli nəticəyə gəlirdim. Şərəf müəllimənin məşğələlərinin birində kamali-ədəblə ayağa qalxıb bu dərnəyin işıni o ki var tənqid etdim.Və bir də onun məşğələləri məni qane etmədiyindən iştirakçısı olmadı. Həmin kitabda bu öz əksini tapdığından bir müddət məktəbdə utana-utana gəzdim. Bu kitabı indi də o illərdən əziz xatirə kimi saxlayıram.

-Haralısan, hardansan sualı qarşımdakına qarşı bir ögeylik hissi oyadır məndə. Bu sualdan uzağam. Ancaq diqqətimi çəkən bir məsələ buna bənzər bir sualı qaçılmaz edir. Söhbətlərinizdən sizin Kəlbəcərdən, Laçından olduğunuzu yəqin etmişdim. O yerlərə bu qədər sevgi, bağlılıq... insan yurd yeri haqqında bu qədər içdən, kövrələ-kövrələ danışa bilər. Əslində doğum məkanınız haradı?

-Sumqayıtımizda illərlə “haralısan” sualına heç rast gəlmədim, ta ki, qaçqınlıq-köçkünlük dövrü baş verənə qədər. Mənim üçün ölkəmin şimalı-cənubu, şərqi-qərbi yoxdur. Heş vaxt da kimsəyə bu sualı vermirəm. Bunu aşağılayıcı bir hal kimi başa düşürəm. Amma özümə doğma bildiyim, təvbiətini, insanlarını əziz tutduğum, tez- tez yada saldığım məkanlar, ərazilər var. Oraların duz-çörəyini kəsmiş, buz bulaqlarının suyunu içmiş, insanları ilə dostlaşıb doğmalaşmışam. Kəlbəcər, Laçın Zəngilandan olan nə qədər dost-tanışım var.

-1992-93- cü illərdə Qarabağ və ətraf rayonlarda baş verənlərə göz yuman məmur tayfasından fərqli olaraq sıravi adamlar bacardığı köməyi əsirgəmirdi. Siz də bir vətəndaş, bir jurnalist olaraq o acınacaqlı dövrdə işğalla üz-üzə qalan Kəlbəcər əhalisinə maddi-mənəvi dəstək köstərməkdən çəkinməmisiniz. Bu barədə özünüz danışsanız yaxşı olar.

-Kəlbəcərin düşmən əhatəsində qaldığı vaxtlarda sumqayıtlılar öz kömək əllərini o rayonun üzərindən çəkmədilər. Böyük bir maşın kolonu ilə erməni kəndlərinin içərisindən- Sərsəngin kənarı ilə oranın əhalisinə benzin, şüşə, ərzaq və palpaltar göndərdik, Kolonun üstündə həyat yoldaşım, “Liftservis” İdarəsinin rəisi Cümşüd İsmiyev, ındiki Əşya bazarının sahibi Hacı Asif, çox hörmətli müəlliməmiz - Əsgər anası saydığımız Tirmə Qurbanova və başqa mərd insanlarımız bu yardımı sağ-salamat mənzil başına çatdırdılar. Allah rəhmət eləsin fotoqrafımız Məqsəd Quliyevi, bu səfəri qorxu altında olsa da video-lentə almışdır və bu çəkiliş Cümşüd İsmiyevdə o vaxtdan bu vaxta qiymətli bir xatırə kimi saxlanılır. O ki, qaldı şəxsi dostluğuma, jurnalistika sahəsində mənə örnək olmuş Zərufə xanım Təhməzovanı, Sevil xanım Bayramovanı və Xasay Cahangirovu mənə xeyirxahlıqlarına görə həmişə əziz tutmuşam.

-Xeyriyyəçilik, səxa, könül sevindirmək... şəxsinizdə cəm olmuş mənəvi keyfiyyətlər üzünüzə nur çiləyib sanki. Gen daşıyıcısı olaraq valideynlərinizdənmi örnək almısınız?

- Nədə oxşamasam da, könül sevindirmək, əliaçıqlıq, səxavətdə dəqiqlikə valideynlərimə oxşamşam. 2-ci Dünya müharıbəsindən sonra çətinlik illəri idi. Çörək qıtlığı, pal-paltar çətinliyi, dəftər-qələm, kitab çatışmazlığıcamaatə çox sıxırdı.. İmkansız ailələrin uşaqları konfet, peçenya, hətta mandarin kimi yeməlilərə tamarzı idilər. Atamın təşviqi ilə anam hər il evimizdə böyük yolka ağaclı qurar, Yeni il şənliyi təşkil edər, qonşu uşlaqları bu yolkanın ətrafına toplayardı. Dayım Şaxta baba geyimində uşaqlara bayram hədiyyələri paylayardı. Bağlamaların içərisinə uşaqların arzu etdikləri yeməli şeylərdən başqa kiçik bir oyuncaq,bir dəst geyim dəa qoyulardı. Buna ata-anamın bəzən bir-neçə ayliq əmək haqqı qabaqcadan toplanıb sərf edilərdi.
Xeyriyyə işlərimzin görünən və görünməyən tərəfləri var. Müəssisəmizin nəzdində qaçqın, köçkün və şəhid ailələrinə pulsuz hüquqi yardım göstərən qurum fəaliyyət göstərir. Əgər savab sayila biləcəksə, bir Qarabağ qazısini indi də himayədə saxlamağımı, bir müharibə veteranına əsaslı köməyimi, Oqtay adlı bir bomjun ayağını amputasiyadan qurtarmağımı, bir böyrək xəstəsi olmuş uşağın hazırda sağlam yaşamasını və neçə belə işləri də savaba yazmaq olar.
Müəssisənin fəaliyyət tarixində belə xeyirxah əməllərimiz yetəri qədərdir. 1997-ci ildə Danimarka Qaçqınlar Şurasının BMT xətti ilə Nasoslu – indiki Hacı Zeynalabdin qəsəbəsindəki uşaq bağçasında qaçqınlara kömək məqsədli tədbir keçirilirdi. Şuranın xətti ilə qaçqınlara yardım məqsədli müxtəlif məişət yönümlü kursların təşkilindən ağız dolusu “pəh-pəhlə” danışılırdı. Ertəsi günü təsisçisi və rəhbəri olduğm “Möhür” kiçik müəssisənin adından rəsmi məktubla bu şuranın İçəri şəhərdə yerləşən ofisinə getdim. Müraciətdə qaçqın gənclərimizin müasir zəmanənin tələblərinə uyğun olaraq yeni texnika və texnologiyalar öyrədsilməsi məsələsini qaldırdım.. Bir neçə dəfə get-gəldən sonra şuradan 1 ədəd kompüter dəsti əldə edə bildim, ikincisini isə öz hesabımıza İsrailin “Link” fırmasından 999 USD alıb, ofisimizin bir hissəsində kompüter operatorluğu kursları təşkil etdik. Kurs rəhbəri olaraq respublika Tələbə qəbulu komnissiyasından ödənişli mütəxəssis dəvət etdik. Sarı-Qaya bağlar massivində yerləşən qaçqın düşərgəsindən 240 nəfər yeniyetmə və gəncə pulsuz kompüter kursları təşkil etdik. 6 aylıq kursarı 2 buraxılışa başa vuran bu gənclərə Danimarka Qaçqınlar Şurasının Sertifikatı və qiymətli hədiyyələri verildı. Məhz bizim bu təşəbbüsümüzdən sonra Sumqayıtda gənclərə kütlıəvi kompüter operatorluğu vərdişlərinə öyrədilməsi başlanıldı. Kurslarımızı bitirən çağrışçı gənclərin bir çoxu cəbhə bölgələrindəki qərargahlarda kompüter operatorları kimi xidmət etməyə başladı. Hətta bir qədər sonra həmin gənclərdən birinin xahişi ilə Ağdam cəbhə qərargahına bir ədəd kompüter və bir ədəd A3 formatlı printer də bağışladıq. Elşən Qurbanov adlı bir gəncimizi isə Ankarada 3 asylıq təlim kurslarına göndərməklə o vaxtlar hələ buralarda formalaşmamnış turizm və otel işinin idarə olunmaüsına yönəltdik. Hazırda həmin gənc bu sahədə tanınmış idarəçilərdən biridir.

-Sumqayıtda doğulmasanız da demək olar ki, ömrünüzün, fəaliyyətinizin çox hissəsi bu şəhərlə bağlıdı. Sumqayıt nə dərəcədə doğmadı sizə?
-Doğum səhadətnaməmə görə bakılı sayılsam da, Bakıda yaşamaq mənim bəzi həyat prinsiplərimlə zidiyyət təşkil edir. Döstluq, əl uzatmaq, kömək olmaq Bakıda çay suyunun alt qatı təkindir, isti-soyuqluğu dəyişilməz qalır. Kədərlı, çətin günlərində donuq üzlər, soyuq baxışlarla rastlaşırsan. Gecənin bir yarısı nəsə bir hadisə baş verdikdə, qonşu qapını döyməyə əlin gəlmir, cürətin yetmir. Sumqayıt... bura özgə, doğma bir məkandır., harayına yüzlərlə hay verilir, sənə arxa- dayaq olmaq istəyənlər özləri ayaqlaqrı ilə qapına gəlirlər. Biz bu şəhərdə belə görmüşük, belə də yaşayırıq. Kiməsə biz kömək olmuşuq, kimsə də bizə kömək olub.
Atam vəzifə, iş-güc sahibi olduğundan imkanlarından istifadə edib ailəmizi hər il yay istirahətinə Pirşağıdakı köhnə balıqçı vətəgəsində məskunlaıdırardı. Hər axşam vətəgədə idarə binasının artırmasına çıxaraq, günəşin qürubundan sonra dəniz sahili boyunca uzaqlara, lap uzaqlara baxardım. Oralarda- hardasa parıldaşan cərgəli işıqlara, hündür qüllələrə doyunca tamaşa edər , o yerin hara olduğunu heç cür uşaq ağlıma gətirməz, arzular qoynunda qanad çalardım.. Ora mənim çox sonralar uzaqlardan başlayıb, uşaqlıqdan yol getdiyim yaşayıb-yaratdığım, tale şəhərim- doğma şəhərim Sumqayıt idi...

10.Bildiyimə görə atanızın Sumqayıtda “əl izləri” var. Bir az da atanızdan, şəhərimizin qurulmasında göstərdiyi əməkdən danışın.

11.Hardasa oxumuşam ki, yüksək sivilizasiya dünyanı məhvə aparacaq. Dünyanı bilmirəm amma deyəsən insanlığın məhvinin astanasındayıq. Sizcə sivilizasiya, inkişaf insanların mənəvi bağlılığına soyuqluq, sünilik gətirən başlıca amildir?



12.Dost seçimində yanıldığınız olubmu? Ən çox insanlarla dostsunuz, yoxsa qələmlə?



13.Ciddi görkəminizin, bəzən kəskin ifadələrinizin, sərt baxışlarınızın fonunda kövrək bir ürək, duyğu dolu bir ruh gzlətdiyinizin fərqinə varanda içinizdəki həyat eşqinin hardan qaynaqlandığını duymamaq mümkün deyil. Sizin üçün sevgi nədir?



14. Maraqlı müsahibsiniz, ümid edirəm ki, sizi yormadım...



15. Səmimi söhbət üçün təşəkkür edirəm, Zümrüd xanım!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar