Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı metrosu xüsusi rejimə keçdi

Tarix: 25-10-2019 10:14     Baxış: 3125 A- / A+
Bakı metrosu xüsusi rejimə keçdi


Bakıda keçirilən Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşü ilə bağlı əhalinin ictimai nəqliyyatdan sıx istifadəsini nəzərə alaraq Bakı Metropoliteni əlavə tədbirlər planını hazırlayıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu barədə deyib.
Onun sözlərinə görə, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov əmr imzalayıb.

Əmrə əsasən, Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşünün Bakıda keçirilməsi ilə bağlı paytaxt küçələrində tədbir saatlarında bəzi ərazilərdə yollarda hərəkətin məhdudlaşdırılması nəticəsində sıxlığın aradan qaldırılması üçün metro stansiyaları gücləndirilmiş iş rejiminə keçib:

"Bunun üçün metro stansiyalarında sərnişin sıxlığının yaranmaması və sərnişinlərin təhlükəsiz olaraq mənzil başına çatdırılması üçün əlavə qatarlar hazır vəziyyətə gətirilib. Ehtiyac olacağı təqdirdə qatarlar arasında interval azaldılacaq və xəttə əlavə qatarlar buraxılacaq. Gücləndirilmiş rejim adıçəkilən tədbir başa çatana qədər qüvvədə olacaq".

Xatırladaq ki, bu gün və sabah paytaxtımızda Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşü keçiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar