Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

v

Tarix: 24-10-2019 16:33     Baxış: 109 A- / A+
Hörmətli Manevr. az saytının əməkdaşları nəzərinizə çatdırım ki, 14.10.2019 –cu il tarixində "Daşınar və daşınmaz əmlakların satışı üzrə hərrac mərkəzi" MMC-nin təşkil etdiyi hərracda 117,8 qram qızıl zinət əşyalarını udaraq qalib olmuşam. Hərracda qalib olduqdan sonra min bir zülmlə hərrac təşkilatından qalib olduğuma dair protokolları ala bildim. Bundan sonra qanunvericiliyə uyğun olaraq Nəsimi Rayon İcra və probasiya Şöbəsinin depozit hesabına behdən əlavə 3162 manat ödədim. Ödədyim məbləği göstərən qəbzi də protokola əlavə edərək, Nəsimi Rayon İcra və probasiya Şöbəsinə getdim ki, udduğum qızıl zinət əşyalarını götürüm. Lakin işə baxan Nəsimi rayon İcra və probasiya şöbəsinin əməkdaşı, icra məmuru Rövşən Əhmədov (telefon nöm 055 211-09-00) mənim qızıl zinət əşyalarını bazar qiymətindən aşağı məbləğdə aldığımı əsas gətirərək protokolu təsdiqləməkdən imtina etdi. İcra məmuru Rövşən bəy deyir ki, 117,8 qram italiya qızılının bazar qiyməti 6000-7000 min manat edir, sən isə bu hərracda onu 3305 manata udmusan. Bəs sənin burda 2000-3000 min xeyrin var. Qazancın çox olur.

Indi mənə maraqlıdır icra məmurunun vəzifəsi mənim nə qədər qazanc əldə etdiyimi düşünməkdir yoxsa qanunla üzərinə düşən vəzifələri icra etməsi ?! Maraqlıdır görəsən icra haqqında qanunun hansı müddəası icra məmuru Rövşən Əhmədova əsas verir ki, mənim əldə edəcəyim qazancı, gəliri ölçsün ? Bəyəm onun vəzifəsi hərrac komitəsi tərəfindən verilən sənədlərin qanuna uyğun olub-olmamasını yoxlamaq deyilmi ?

İpoteka haqqında AZƏRBAYCAN RESPUBLİKASININ qanununun 42.5-ci maddəsinə əsasən hərracda ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Əmlaka ən yüksək qiymət də mənim tərəfimdən təklif olunub. Hərrac təşkilatı verdiyi protokolla bunu təsdiq edib.

İndi qanunla belə bir hüquq tanınmadığı halda kim Rövşən Əhmədova o səlahiyyəti tanıyır ki, mənim qazancımın miqdarını ölçsün ?

Rövşən Əhmədova dedikdə isə sizə rəsmi şəkildə müraciət edək, bizə imtina cavabı verin, məhkəmədə mübahisələndirək. Deyir ki, sən mənə müraciət etməli deyilsən. Rabitabank müraciət etməlidir, hərrac təşkilatı müraciət etməlidir. Dedikləri qurumlarla əlaqə yaradaraq bunları dəqiqləşdirməyə çalışdıqda isə icra məmurunun dediklərinin əksini deyirlər.

Problemin həlli yolunu tapması üçün Ədliyyə Naziri cənab Fikrət Məmmədovdan, Ədliyyə Nazirliyinin İcra baş idarəsi və bütün səlahiyyətli şəxslərdən kömək etmələrini xahiş edirəm.

Səfərov Şahin Vaqif oğlu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar