Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

ŞAD XƏBƏR – Pensiya və maaşlar yenidən artırılacaq

Tarix: 25-09-2019 16:56     Baxış: 3122 A- / A+
ŞAD XƏBƏR – Pensiya və maaşlar yenidən artırılacaq


“Azərbaycanda gələn il əməkhaqqı və pensiyaların yenidən artırılması gözlənilir”.

Manevr.azxəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.
H.Rəcəbli deyib ki, payız sessiyası sentyabrın 30-da başlayacaq:
“Dünyada bütün parlamentlərdə payız sessiyası əsasən növbəti ilin büdcə layihəsinin müzakirəsinə həsr edilir və büdcə təsdiqlənir.
Büdcə layihəsi öncə parlament komitələrində, sonra isə parlamentdə müzakirə olunur. Əvvəlki illərdən fərqli olaraq 2020-ci ilin dövlət büdcəsinin təxminən 40 faizə yaxını sosial məqsədlərə ayrılacaq.
Bu, olduqca böyük göstəricidir. Biz əvvəllər deyirdik ki, büdcəmiz investisiya tutumlu, sosial yönümlüdür. İndi isə deyəcəyik ki, büdcəmiz həm sosial yönümludur, həm də sosial tutumludur”.

Komitə sədrinin sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsində bu illə müqayisədə sosial məqsədlərə təxminən 5 milyard manatdan çox vəsait ayrılması nəzərdə tutulub:
“Bu vəsait əmək haqqının artırılması və digər məsələlərə yönəldiləcək. Onu da vurğulamaq istəyirəm ki, gələn ildən pensiyalar və əmək haqlarında artımın olması ehtimalı var, büdcədə sosial məqsədlər üçün ayrılan vəsaitlərin artırılması bundan xəbər verir”.
H.Rəcəbli bildirib ki, büdcədə yenə də əsas məqsəd Azərbaycan vətəndaşı, onun həyat şəraitinin daha da yaxşılaşdırılması olacaq:
“Bununla əlaqədar da hazırlıq işləri görülür. Biz oktyabrın sonunda, noyabrın əvvəlində büdcəmizi təsdiqləyəcəyik”.
Onun dediyinə görə, payız sessiyasında bir sıra qanunlara əlavə və dəyişikliklər də nəzərdə tutulub:
“Prezident parlamentdə çoxlu sayda qanunlara əlavələr və dəyişikliklər göndərir. Bu əlavə və dəyişikliklərin böyük bir qismi də bilavasitə sosial müdafiənin gücləndirilməsinə yönəlir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar