Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Mədət Quliyev şöbəni ləğv etdi, onları işdən çıxartdı

Tarix: 03-09-2019 16:50     Baxış: 2107 A- / A+
Mədət Quliyev şöbəni ləğv etdi, onları işdən çıxartdı

Müdafiə Sənayesi Nazirliyinin sözçüsü işdən çıxarılıb.

Report-un məlumatına görə, bununla bağlı Müdafiə Sənayesi naziri Mədət Quliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Şəfəq Kərimli Müdafiə Sənayesi Nazirliyinin Ümumi şöbəsinin baş məsləhətçisi vəsifəsindən azad edilib. O, bu vəzifə ilə yanaşı nazirliyin sözçüsü funksiyasını yerinə yetirirdi.

Nazirliyin sözçüsü vəzifəsi isə İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakova həvalə olunub.

Qeyd edək ki, bu ilin iyun ayında Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Üzeyir İsmayılov da vəzifəsindən azad olunub və müvafiq əmrlə bu vəzifəyə Zaur Əliyev təyin edilib. Həmçinin Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyev də vəzifəsindən azad olunub. Eyni zamanda Müdafiə Sənayesi Nazirliyində struktur dəyişikliyi aparılıb və yeni kadr təyinatları olub.

Belə ki, nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsi ləğv edilib. Onun əsasında iki yeni şöbə - Hüquq şöbəsi və Kadrlar şöbəsi yaradılıb. Müvafiq əmrlə Hüquq şöbəsinin müdiri vəzifəsi İsmayıl İbrahim oğlu Kərimova, Kadrlar şöbəsinin müdiri vəzifəsi isə Elgün Bəkir oğlu Bəxtiyarova həvalə olunub. İ.Kərimov bundan əvvəl Nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsinin adı dəyişdirilərək Maliyyə və uçot şöbəsi adlandırılıb. Nazir M.Quliyevin müvafiq əmri ilə Nadim Buludxan oğlu Bayramov MSN-nin Maliyyə və uçot şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar