Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

1 milyona oyuncaq, 30 minə şokolad: Zamirə Hacıyeva 16 milyonu nəyə xərcləyib?

Tarix: 28-05-2019 20:10     Baxış: 3109 A- / A+
1 milyona oyuncaq, 30 minə şokolad: Zamirə Hacıyeva 16 milyonu nəyə xərcləyib?


Britaniyanın "The Telegraph” nəşri Beynəlxalq bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londondakı bədxərcliyinə dair növbəti material dərc edib.

Hacıyeva Londonun "Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib. Onların sırasında 4 milyon funt sterlinq "Boucheron” zinət əşyasına xərclənib. 1.75 milyon funt sterlinqə isə "Cartier” saatı və zinət əşyası alınıb. 1 milyon isə "Harrods”un uşaq oyuncağı bölməsində xərclənib. Adi bir oyuncağa 790 min funt sterlinq ödənilib. Zamirə 250 min funt sterlinqi parfümeriya şöbəsində xərcləyib.

1 milyona oyuncaq, 30 minə şokolad: Zamirə Hacıyeva 16 milyonu nəyə xərcləyib?


Hacıyeva yüz minlərlə funt sterlinqi paltara xərcləyib. "Dennis Basso”dan paltara 131.300 funt sterlinq, "Celine”dən alınan mallara 144 min funt sterlinq, "Fendi”dən alınan paltarlara 136 min, "Christian Dior”dan olan mallara isə 143 min funt sterlinq xərclənib. Maraqlıdır ki, bunların hamısı 1 dəfəyə xərclənib.

1 milyona oyuncaq, 30 minə şokolad: Zamirə Hacıyeva 16 milyonu nəyə xərcləyib?


"Godiva” şokolad şəbəkəsindəZamirə 30 min funt sterlinqlik şirniyyat alıb. 2400 funt sterlinq isə çaxır və spirtli içkiyə xərclənib. Bəzi tranzaksiyalar pulun məhz nəyə xərcləndiyini göstərmir. "Harrods” univermağında olan sxema əsasən, il ərzində 10 min funt sterlinqdən çox alış-veriş edən müştərilər mükafatlandırılır. Varlı müştərilərin xərclədiyi hər funta 3 bal verilir. 500 bal isə kart sahibinə 5 funt qazandırır. Bu səbəbdən 16 milyon xərcləyən Zamirə 480 min funt sterlinqlik bonus qazanıb.

Britaniya hökuməti 55 yaşlı Zamirənin "Harrods”un bir neçə dəqiqəliyində yerləşən 11.5 milyonluq evi və 10.5 milyonluq qolf-klubu necə aldığını bilmək istəyir. Ev 2009-cu ildə Britaniyanın Virciniya adalarında qeydiyyatdan keçmiş şirkət tərəfindən alınıb. Hazırda qiyməti 15 milyon funt sterlinqdir. Qolf-klub isə 2013-cü ildə Hernsi adasında qeydiyyatdan keçən şirkət tərəfindən alınıb. Amma müstəntiqlərin fikrinə görə, hər iki obyekt Hacıyevlərə məxsusdur.

1 milyona oyuncaq, 30 minə şokolad: Zamirə Hacıyeva 16 milyonu nəyə xərcləyib?


Varlı investorlar üçün nəzərdə tutulmuş Britaniya vizasını əldə etmək üçün isə Hacıyeva İsveçrə bankında 1 milyon funt sterlinqdən çox pul olan hesabını təqdim edib. Xanım tərəfindən 1 milyondan çox pul Britaniyanın dövlət istiqrazlarına yatırılıb.

Sənədlərdə həm də İtaliyanın Sardiyina adasında 15 milyona və 5 milyona olan iki ev, Bakıda dəyəri iki milyon olan bir evin də adı keçir.

1 milyona oyuncaq, 30 minə şokolad: Zamirə Hacıyeva 16 milyonu nəyə xərcləyib?


Müstəntiqlərin fikrinə əsasən, Hacıyevlər cütlüyü "Gulfstream G550” təyyarəsinə 33 milyon avro ödəyiblər. Qeyd edilir ki, Zamirəyə nə vaxtsa təcili pul lazım olduğu üçün 2016-cı ildə 3 milyonluq zinət əşyasını satıb. (ölkə.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar