Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
26-03-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəblilər üçün şad xəbər: mayın 18-dək pulsuz olacaq

Tarix: 14-05-2019 10:59     Baxış: 4176 A- / A+
Məktəblilər üçün şad xəbər: mayın 18-dək pulsuz olacaq


18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə "Məktəblilər üçün muzey həftəsi"nə start verilib.

Manevr.az bildirilib ki, "Məktəblilər üçün muzey həftəsi"nin təşkilində məqsəd 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə bağlı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaqdır.

Proqram Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyilə keçirilir.

"Muzeylər və Nəsimi irsi" proqramı üzrə təşkil olunan layihə çərçivəsində məktəblilər muzeylərin kolleksiya fondu ilə tanış olacaq və ölkəmizin milli-mənəvi dəyərləri barədə geniş məlumat əldə edəcəklər.

Proqram ümumilikdə Bakı şəhəri üzrə 270-ə yaxın ümumtəhsil məktəbini, gimnaziya və liseyi əhatə edir. Ekskursiyalarda hər məktəbdən 30 nəfərlik qruplar olmaqla bütün şagirdlər iştirak edə bilərlər. Ümumtəhsil müəssisələri ümumilikdə 28 muzeydə təşkil olunacaq ekskursiyalarda iştirak üçün qrup sayı haqqında öncədən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə məlumat verməlidir.

"Muzeylər və Nəsimi irsi" proqramı üzrə ekskursiya olunacaq məkanlara Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Müasir İncəsənət Muzeyi, AMEA-nın Təbiət Tarixi Muzeyi, Miniatür Kitab Muzeyi, "Qala" Dövlət Arxeoloji-Etnoqrafiya Qoruğu, "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Milli Təhsil Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi, YAY Gallery, Tusi Bohm Planetari, habelə Abdulla Şaiqin, Məmməd Səid Ordubadinin, Bülbülün, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Üzeyir Hacıbəylinin, Nəriman Nərimanovun, Qara Qarayevin, Niyazinin və Tahir Salahovun ev-muzeyləri daxildir.

Qeyd edək ki, proqramın əhatə etdiyi Bakı məktəbləri seçilərkən onların muzeylərə yaxın məsafədə yerləşməsi nəzərə alınıb.

"Məktəblilər üçün muzey həftəsi" mayın 18-dək davam edəcək. Muzeylərə giriş ödənişsizdir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar